Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23904
az

Hacıqabulda narkotik satan şəxslər saxlanılıb

11:1304 Fevral, 2020
715
KRİMİNAL
  • A

Hacıqabul polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Belə ki, üzərində narkotik vasitə saxlaması ehtimalının olması ilə əlaqədar rayon sakini, 1988-ci il təvəllüdlü Cəfərov İbrahim Xəqani oğlu saxlanılaraq polis şöbəsinə aparılıb. Onun üzərinə baxış keçirilən zaman ondan satış üçün nəzərdə tutulan narkotik vasitələr olan qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyatın davamı olaraq adı çəkilən şəxsə narkotik vasitə olan qurudulmuş marixuananı 45 manata satan Sabirabad rayonu Yaxa Dəllək kənd sakini, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Əsədov Əyyub Əfrasiyab oğlu saxlanılıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan müxtəlif çəki və bükümlərdə satış üçün nəzərdə tutulan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Hər iki şəxs polis tərəfindən saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balaxanıda 18 yaşlı gənc qətlə yetirildi: saxlanılan var - YENİLƏNDİ
Polis arvadı ilə bağlı qərar çıxaran hakimi güllələdi
Balaxanıda 18 yaşlı gənc qətlə yetirildi

Rusiyanın ən qədim samovarı Permdə nümayiş etdirilib

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Leyla Rəhimova ilə Manaf Ağayev arasında QALMAQALA səbəb nədir?
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
Balaxanıda 18 yaşlı gənc qətlə yetirildi: saxlanılan var - YENİLƏNDİ