"Hadisə Gəncədə tursikdə konsert verdi, 200 minini də alıb getdi"
Oxu24.com xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva söyləyib.
Sənətçi sosial şəbəkədə ünvanına yazılan bəzi mənfi rəylərdən şikayətlənib:
"Mənim tül paltarımın astarı bir balaca yuxarı qalxmışdı, "İnstagram"da nələr yazmadılar. Sərhədin o tayından gələnləri bəhbəhlə qarşılayırlar. O timsaha oxşayan ağzını açıb gic kimi gülən Demet Akalın var e, kimdir axı?! O bizim müğənnilərin dırnağı da deyil! Lap qulağına da çatsın. Hadisə Gəncəyə gəldi, səhnəyə tursikdə çıxdı, 200 min aldı getdi. Onlara niyə hörmət edirlər, pis söz yazmırlar? Mən elinizin qızıyam, özüm də söz-söhbətdən qorxuram. Niyə mənə pis söz yazırsız?" BAKU.WS
Oxu24.com
ŞƏRHLƏR