Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23848
az

Fevralın 3-də dünyaya göz açdı, fevralın 2-də isə torpağa tapşırıldı - Bir Şəhidin taleyi

11:4503 Fevral, 2020
471
QARABAĞ
  • A


Ağdamda şəhid Səməndər Quliyevin xatirəsi anılıb. Quliyev Səməndər Rəsul oğlu 1964-cü il fevralın 3-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1982-1984-cü illərdə keçmiş sovet ordusunda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıdaraq, kolxozda traktorçu işləyib. Ermənilərin Azərbaycan dövlətinə qarşı torpaq iddiası başlayanda isə, Səməndər Quliyev  könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdam cəbhəsində gedən hardasa bütün döyüşlərdə iştirak edib. 

 

Onun son döyüşü 1994-ci il fevralın 1-də Ağdam rayonunun Novruzlu kəndində olub. Həmin döyüşdə düşmən tankını qumbara ilə partladan Səməndər bir yaralı əsgərimizi də döyüş meydanından çıxararaq xilas edib, daha sonra yenidən döyüşlərə qatılıb. Fevralın 3-də dünyaya göz açan Səməndər  fevralın 1-də şəhidlik zirvəsinə ucalıb, fevralın 2-də isə doğulduğu Mahrızlı kənd qəbirstanlığında dəfn edilib.

 

Səməndər 8 uşaqlı ailədə böyüyüb.  6 qardaş 2 bacının sonbeşiyi olub. Bacısı Rübabə bu gün onun ölümü ilə razılaşmır. 

 

Bu gün hər kəs şəhidlərin narahat ruhlarının rahatlıq tapması üçün o tarpaqların yağı əlindən azad olmasını istəyir. Inanırlar ki ən qısa vaxtda yağı düşmən müqəddəs torpaqlardan qovulacaq. 

 

 

Şəhidin anım günü Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində qeyd olundu. Anım tədbirində şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilər  iştirak edib. 

 

Mərasim iştirakçıları şəhid Səməndər Quliyev haqqında hazırlanmış video-slaydı izləyib, məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şerlər söyləyiblər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağdamın Güllücə kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır
Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub
İlham Əliyev və Mehriban Əliyeva Xocalı şəhərində

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş