“Avroviziya 2014” təmsilçimiz Dilarə Kazımovanın fotoları İtaliyanın məşhur “Vogue” jurnalında yayımlanacaq.
Oxu24.com xəbər verir ki, Dilarə Kazımova bu haqda instaqramda belə yazıb:
“Həyəcanlı və sevincliyik! İtalyanın məşhur“Vogue” jurnalı bu iki fotonu təsdiqlədi. Yaxın zamanlarda yayımlanacaq fotolar "Harper's Bazaar", "Edith"və "Evon" maqazin saytlarının da diqqətindədir.
2020-nin ilk ayı mənə “Vogue” jurnalına düşən ilk azərbaycanlı müğənni adını qazandırdı. İli uğurla başa vurmaq üçün maraqlı layihələr hələ qarşıdadır”.
Oxu24.com
ŞƏRHLƏR