Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22959
az

Yeniyetməlikdə hər 5 oğlandan birində müşahidə olunan xəstəlik

21:4718 Yanvar, 2020
774
TİBB
  • A

Varikosel yeniyetməlik dövründə hər 5 oğlandan birində müşahidə oluna bilən xəstəlikdir. Yumurtalıqda şişlik və qasıqlarda ağrı ən çox şikayət olunan nüansdır.

Bunu uşaq urologiyası uzmanı, cərrah Pərviz Hacıyev bildirib.

Həkim qeyd edib ki, hər varikoselenin müalicəyə ehtiyacı olmur. Xayaya zərər vura biləcək və sonsuzluğa səbəb olma ehtimalı olan varikosele müalicə olunmalıdır.

Bəs hansı hallarda əməliyyat olunmalıdır?⁣⁣
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, sol tərəfli varikosele halların 90%-də görülür və təxminən 10% ehtimalda ikitərəfli varikosel aşkar edilir. Varikoselin sperma parametrlərinə, o cümlədən sıxlığa, hərəkətliliyə və morfologiyaya mənfi təsir göstərməsi və testis həcminin azalması ilə sonsuzluq problemlərinə səbəb ola biləcəyi bilinir.⁣

Varikosel testislərin damarların həddindən artıq genişlənməsi və damarların içərisində qan toplanmasına deyilir . Bu vəziyyətdə içərisində zəhərli artıq maddələri daşıyan qan testisə zərər verə bilər. Eyni zamanda yığılan qanın səbəb olduğu istilik artımı da xayalardakı funksiyanın pozulmasına səbəb ola bilər.⁣

Yetişkinlik dövründə testis inkişafında atrofiya (büzülmə) və sperma dəyərlərinin pozulması nəticəsində sonsuzluğa səbəb ola bilən varikosele, xayalıqda və qasıqda ağrı kimi əlamətlər ilə yeniyetmə yaşlarında çox rast gəlinən bir xəstəlikdir.⁣

Əl ilə müayinə varikosel diaqnozunun qoyulması üçün əksər halda kifayətdir. Uşaqlarda və yeniyetmə dövrdə sperm analizinin aparılması mümkün olmadığı üçün əməliyyat qərarı əksər halda təsirlənən xayanın həcminin ölçülməsinə görə verilir. Təsirlənən xayada digər testis nisbətlə 2 ml və ya 10%-dan çox həcm fərqi əməliyyat üçün göstərişdir. Yeniyetmələrdə varikosel əməliyyatında məqsəd sperma keyfiyyətini qorumaqdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil