Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107876
az

Viaqra effekti verən qidalar – SİYAHI

05:2004 May, 2024
167
  • A

Cinsi performansı artırmaq bütün dövrlərdə maraq dairəsində olan mövzulardan biri olub.

OXU24.COM xəbər verir ki, həkimlər bunun üçün “Viagra” kimi dərman vasitələrindən istifadə etməzdən əvvəl təbiətin bəxş etdiyi şəfalı, afrodizyak qidalardan dəstək almağı məsləhət görürlər.

Qədim dövrlərdən bəri afrodizyak təsiri olan qidalar insanların diqqətini çəkir.

Afrodizyak və ya “sevgi dərmanı” istehlak edildikdə libidonu artıran qidadır. Afrodizyaklar cinsi problemləri həll edən, əsasən də erektil disfunksiyanı aradan qaldıran maddələrdən fərqlənir.

Bu ad Yunan mifologiyasındakı sevgi və gözəllik ilahəsi Afroditadan gəlir. Afrodizyak daha çox cinsi performansı yaxşılaşdırmaq üçün nəzərdə tutulur.

Kimyəvi əlavələrin əks təsirlərinə məruz qalmaq istəməyənlər təsirli təbii otlara, qidalara və ya içkilərə müraciət edirlər.

İstehlak edildikdə Viaqra effekti verən 7 qidanı təqdim edirik:

Avokado: tərkibində yüksək miqdarda kalium və C vitamini olan avokado “sevgi meyvələri” arasında birinci yerdədir. Tərkibindəki kaliumla afrodizyak təsir göstərən bu meyvə cinsi istəyi artırır. Mütəxəssislər avokadonun süfrələrdən əskik etməməyi tövsiyə edirlər. Onu tək başına, eləcə də salatlara və ya omletə qataraq istehlak etmək olar.

Pul bibər: pul bibərin tərkibində xoşbəxtlik hormonu endorfinin istehsalını dəstəkləyən “kapsaisin” adlı birləşmə var. Tədqiqatlar göstərir ki, bu maddə qan dövranını və ürək döyüntüsünü artırır. Bu da yalnız cinsi performansa təsir etmir, həm də cinsi həvəsi artırmaq üçün sinir uclarını stimullaşdırır.

Bal: bu qida çoxalmanın simvoludur.“Bal ayı” da adını toydan sonra xoşbəxt cütlüklərə təqdim edilən ballı və spirtli içkidən alıb.

Əncir: xüsusilə kişilərin cinsi gücünü artıran çox güclü bir afrodizyakdır. Mütəxəssislərin fikrincə, 1 kiloqramında 2 900 kalori olan əncir E və B vitaminləri ilə də çox zəngindir.

Arugula: bu mənada ən qiymətli yaşıl tərəvəz aruguladır. Qədim dövrlərdən bəri afrodizyak olaraq istifadə edilən arugula cinsi həyat üçün möcüzə hesab olunur.

Şam fındığı: yüksək enerji verən tərkibinə görə ən məşhur afrodizyaklardan biridir. Şam fıstığı sinklə zəngin qidadır və cinsi hormon testosteronun istehsalını dəstəkləyir. Testosteronun həm kişilərdə, həm də qadınlarda cinsi istəyi və performansı artıran əsas hormon olduğu bilinir.

Qəhvə: tərkibindəki kofein ürək ritmini artırır və qan dövranını sürətləndirir. Buna görə də cinsi gücü artıran içki hesab olunur. Qəhvənin antioksidantların mühüm mənbəyi olduğunu da unutmamalıyıq. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"WhatsApp"da yeni funksiya olacaq
Lənkəranda 29 yaşlı kişiitkin düşdü
İlham Əliyev mühüm fərman imzaladı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Futbolda şok yaşandı: Polis qapıçını güllələdi +VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb

Babasıgilə qonaq gedən 2 yaşlı uşaq faciəvi şəkildə öldü