Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22546
az

Nərminin vəhşicəsinə qətlində sirr pərdəsi: Polis əmioğlu İlkinə kömək edib? - RƏSMİ AÇIQLAMA

10:4611 Yanvar, 2020
790
  • A

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır.

TV Press Agentliyinin iddiasına əsasən, İ. Süleymanovun əmisi oğlu olan polis işçisi 47 gün ərzində cinayəti gizlətməkdə ona kömək edib. Bildirilir ki, hazırda polis əmioğlu da saxlanıraq istintaqa cəlb edilib.

Oxu24.com-un məlumatına görə, “Qafqazinfo” yayılan bu məlumatla əlaqədar mərhumun atası Şərif Quliyevlə danışıb. O qeyd edib ki, İ. Süleymanovun əmisi oğlunun polis olması faktı düzdür. Ancaq bundan başqa heç bir məlumata sahib deyil, onun ad və ya soyadı haqda heç nə bilmir.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, İ. Süleymanovun əmisi oğlunun polis olması xəbəri düzdür: “Əmisi oğlu sıravi bir polis serjantıdır. Buna görə də, heç bir əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etməyib. Onun bu işlərə heç bir aidiyyatı yoxdur. Hazırda aparılan istintaq zamanı da saxlanılmayıb. Nərmin Quliyevanın ailəsindən də həmin polis serjantının istintaqa cəlb edilməsiylə bağlı şikayət verilməyib. İstintaq prosesi davam edir”.

Qeyd edək ki, sözügedən polisin Nərminin axtarışı müddətində İlkin Süleymanovun evinə baxış keçirilməsinə mane olduğu da əsas iddilar sırasında idi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dəhşət! Toyun ortasında oğlanı öldürdülər
Xankəndiyə avtobuslar axtarılır - MÜSABİQƏ
Ankarada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi