Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21980
az

“Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər” — İran prezidenti SƏRT DANIŞDI

20:2704 Yanvar, 2020
459
SİYASƏT
  • A

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymanini öldürməklə İranın unutmayacağı ağır bir cinayət törətdi.


Oxu24.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, İran Prezidenti Həsən Ruhani Q.Süleymaninin ailəsi ilə görüşdə belə bəyanatla çıxış edib.


Onun sözlərinə görə, ABŞ-ın addımı İran xalqına qarşı ən pis cinayət kimi tarixdə qalacaq.


“Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər. Bu cinayətin fəsadları təkcə bu gün deyil, sonrakı illərdə də özünü göstərəcək”, - deyə H.Ruhani əlavə edib.


O bildirib ki, İranın xaricdəki hərbi əməliyyatlarına cavabdeh olan SEPAH regionun, o cümlədən, İraq, Suriya, Yəmən, Livan və Əfqanıstan xalqlarının təhlükəsizliyinə xidmət edib.


H.Ruhani qeyd edib ki, Q.Süleymani olduqca istedadlı bir siyasətçi və strateq idi.


Xatırladaq ki, SEPAH-ın “Əl-Qüds” bölməsinin komandanı Q.Süleymani Bağdad hava limanına endirilən raket zərbələri zamanı öldürülüb.  

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ