Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21695
az

"Kontakt Home" vətəndaşlara "brak" məhsulu satıb necə pul qazanır? - ŞOK DETALLAR

10:2429 Dekabr, 2019
4311
ŞİKAYƏTLƏR
  • A

Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqları satışı ilə məşğul olan şirkətlər var.

 

 

Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir. 

“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb.

Oxu24.com  xəbər verir ki, Yeni İl qarşısı  fürsətdən istifadə  edən "Kontakt Home" "defekt" məhsullarını  müxtəlif  kampaniyalar  adı  altında əhaliyə  satır.

Son günlər  güclü  reklamı  gedən  "Şeş- Qoşa at pulsuz apar"  adı  altında keçirilən  kampaniya əslində  nəyə hesablanıb?

 

Mağazalar şəbəkəsi  ilə  bağlı  saytımıza  bir  neçə  şikayət  daxil  olub.

Vətəndaş  Məcidov  Mircəlal  bildirib ki, 19 dekabr  tarixində  "Kontakt Home"un 28  may filialından  "Fofmann" telefonu  alıb. Sözügedən  məhsulun  nəğd  pulunu  mağazada  ödəyən  vətəndaş  məhsulun  özünü  digər  mağazadan, Sahil  filialından əldə  edib.

Bir neçə  gündən  sonra  telefonun  kamera  hissəsində  həddindən  artıq  qızma  və telefonun  anidən  sönməsi  probleminə  görə  vətəndaş  mağazaya  yaxınlaşıb. Telefonun  ya dəyişdirilməsini,  ya da  geri  qaytarılmasını  istəyib.

Mağaza  əvvəlcə  telefonu  özlərinin  servis  mərkəzi  olan  “Nizami” metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə göndərir.

 

Servis  mərkəzində  vətəndaşa  necə  torba  tikilir?

Həmin  servis  mərkəzi  mağazanın  özünə  məxsus  olduğundan  alınan  mallarda  qüsur  aşkar  edildiyi  halda  mənfi  rəy  vermir. Çünki  mənfi  rəy  verilən  malı  mağaza  cərimə almadan  vətəndaşa  qaytarmalııdr.  Bu  isə  şirkətin  qurduğu  oyundan  pul  qazanmadan  çıxması  deməkdir.  Buna  görə  də  servis  vətəndaşa "məhsulda heç  bir  qüsur yoxdur"  cavabını  verir  və  vətəndaşı  mağazaya  göndərir.

Maraqlı  məqam  budur  ki,  həmin  rəy   verilən  kağız  vətəndaşa  təqdim  olunmur. 

Vətəndaş  bildirir  ki,  yenidən  məhsulu  aldığı  mağazaya  qayıdan  zaman  onlar vətəndaşa  yeni  məhsul  təklif  ediblər. Vətəndaş  bu  mağazadan  yeni  məhsul  tapa  bilmədiyi  üçün  aldığı  məhsulu  Qanuna  uyğun  olaraq  14 gün  müddətində  geri  qaytarmaq  istədiyini  deyəndə  şirkətin  yeni  planı  işə  düşür.

Bəs  biz  vətəndaşdan  necə  pul  qoparaq? sualı  ətrfaında plan cızılır. Vətəndaşa  "Siz telefonun karopkasının kənarını  cırmısınız,  buna  görə  də  məhsuldan  istifadə  dəyərini  ödəməlisiniz"  şərtini  qoyurlar.

 

Şikayətçi  bildirib  ki,  mağazanın  baş  satıcısı  cərimənin  məbləğinin  malın  dəyərinin 10 faizi  miqdarında  olduğunu  bildirsə də, filialın  Nizami  adlı  müdiri  cəriməni  bir  qədər  də  artıraraq  15 faiz  olduğunu  deyir.

 

Vətəndaş  məhsulun  ona  bu  şəkildə  təqdim  edildiyini  və  məhsulda  defekt olduğunu  desə  də  ona  qulaq  asan  olmur.

 

Kontakt Home mağazasında  vətəndaşdan istifadə  haqqı  adı  altında 10 faiz  məbləğində  cərimə  tutulur. Maraqlısı  budur  ki,  mağazanın  təqdim  etdiyi  çekdə  həmin məbləğin hansı  məqsədlə  tutulduğu  qeyd  olunmur.

Bəs "Kontakt Home"un  burada  məqsədi  nədir? Mağaza  vətəndaşlara  hansı  tələni  qurur?

Əldə  etdiyimiz  məlumata  görə, şirkət  özünün  keyfiyyətsiz  məhsullarını  vətəndaşlara  satdığı  zaman  yaranan  problemlərdən  bu üsulla yaxa qurtarır. Həm məhsul özlərində  qalır,  həm  də  vətəndaşdan  faiz  tutmaqla  havayı  qazanc  əldə  edirlər.

Qəbul  etsək  ki, mağaza  geniş  şəbəkəyə  malikdir  və  müxtəlif  kampaniyalar  adı  altında  insanlara  qurulan  bu  cür tələlərdən  xeyli  miqdarda  pul  əldə  etmək  mümkündür.

Vətəndaş  bildirib  ki,  qeyd  olunan  fırıldaqçılıqla  bağlı  məhkəməyə  və  aidiyyatı  qurumlara  şikayət  edəcək.

 

Xatırladaq ki, "Kontakt  Home" mağazaları  ilə  bağlı  mətbuatda  çoxsaylı  şikayətlər  var. Bununla  bağlı  çirkətdən  heç  bir  zaman  rəsmi  məlumat  almaq olmur.

Oxu24.com saytı  şirkətin vətəndaşlar  üzərində  qurduğu  daha  bir  fırıldaq barədə  araşdırma  yazını  təqdim  edəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər vərəmə meyilli olurlar
Müharibə zamanı evi dağılmış vətəndaş: indiyədək 3 ədyal veriblər
12 yaşlı uşağı kim öldürüb? - Əmisi danışdı

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib