Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21052
az

Təəssüf, Mübariz Mənsimov bunu yenə etdi...

23:3218 Dekabr, 2019
439
CƏMİYYƏT
  • A

Təəssüf ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov bir daha bəyanat yaymağa məcbur oldu.

Niyə təəssüf? İndi izah etməyə çalışacam...

İş adamı bildirib ki, 5-6 nəfər dayanmadan zəng edərək, növbədənkənar parlament seçkilərində onlara kömək etməsini istəyir. “Kömək” deyəndə, yəni ondan pul istəyirlər.

Halbuki Mənsimova dəfələrlə zəng edib onun zəhləsini tökməkdənsə, bir dəfə xalq arasına çıxıb səmimi, düzgün şəkildə öz seçiciləri ilə danışsalar, bəlkə də rahatlıqla mandat ala bilərlər.

Amma bunlar MANDAT almaq yox, MANAT almaq istəyirlər.

Bunları elə mandat yox, manat maraqlandırır.

Əslində, məsələ həmin şəxslərin mənəvi keyfiyyətlərini və ya “siyasi hoqqabazlıqlarını” analiz etmək deyil. Söhbət Azərbaycanın xeyrinə iş görən, kasıba, çarəsiz durumda olan insanlara əl tutan bir iş adamının zəhləsini tökməkdən, bezdirməkdən gedir.

Adam daha hansı dildə desin ki, məni siyasətə, siyasi oyunlara qatmayın? Ümumiyyətlə, Mənsimovla dövləti üz-üzə qoymaq arzusunun səbəbi nədir? Bu adamı “qorxaqlıqda” suçlayıb, əslində isə şantaj edib, hara, hansı məqsədə və nəyə xərcləmək istəyirsiniz?

Mübariz Mənsimova vəkillik etmək fikrində deyiləm. Mənim narahatlığım Azərbaycandan kənarda yaşayan bir soydaşımızın azərbaycanlılara qarşı münasibətinin dəyişməsi ehtimalındandır. Bu günə qədər yüzlərlə insana əl tutmuş bir iş adamının bir gün bezib bu xeyirxah missiyasından geri çəkilməsi toplumun sahib olduğu yardımlaşma dəyərlərinin də itməsinə səbəb ola bilər. Çünki M.Mənsimov xeyirxahlıq məsələsində bir çox insana nümunə olub. Biz isə gün keçdikcə belə bir faydalı nümunəni məhv etməyə qalxırıq.

Xaricdə fəaliyyət göstərən onlarla iş adamımız var. Amma etiraf edək ki, heç biri bu xalqa Mənsimov qədər bağlı deyil. Adam dövlətçi təfəkküründədir, xalqını, Azərbaycanı sevir. Onun Azərbaycan sevgisini niyə istismar edirsiniz? Onu niyə siyasiləşdirib, daxili siyasi proseslərə qatmaq istəyirsiniz?

Bu mandat dilənçilərinə ən gözəl cavabı elə iş adamı ötən gün özü verdi:

“Əzizlərim, nə qədər demək olar ki, məni siyasətə, siyasi oyunlara qatmayın. Sizə dəstək də, sizə kömək də məndən yox, xalqdan, seçicilərdən gəlməlidir...”

Onun bu bəyanatından utanıb yerə girirsiniz?

Hazırda təcili köməyə ehtiyacı olan hansısa soydaşımız Mənsimovun “qapısını” döyə bilər. Man(d)at dilənçiliyi edənlərə demək lazımdır ki, özünüz xalq üçün bir şey etmirsiniz, heç olmasa, Mənsimovun qapısını o insanların üzünə bağlamayın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Romantik səhər öpüşünün inanılmaz zərərləri
Qaşıntının qarşısını necə almaq olar?
DTX-nin həbs etdiyi Kamran Zülfüqarov tırın altında Azərbaycana qayıdıbmış  - ŞOK DETALLAR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda lotereya biletlərini oğurlayan şəxs saxlanıldı