Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20894
az

Azərbaycanda ailə başçısını itirənlərə böyük güzəşt

09:1517 Dekabr, 2019
601
CƏMİYYƏT
  • A

Ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar istisna hal müəyyənləşdirilib.

 

Oxu24.com   APA-ya istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Sosial müavinətlər haqqında" və "Əmək pensiyaları haqqında" Qanunlara edilən dəyişikliklərdə əksini tapıb.

 

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği "Sosial müavinətlər haqqında" Qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq. "Sosial müavinətlər haqqında" Qanuna edilən dəyişiklik də "Əmək pensiyaları haqqında" Qanuna təklif edilən dəyişikliklə əlaqədardır. "Əmək pensiyaları haqqında" Qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulan həmin şəxslərə ailə başçısını itirməyə görə sosial müavinətin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsinə, yenidən hesablanmasına yol verilməyəcək. Bu müddəa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

 

 

Qeyd edək ki, yaşa görə əmək pensiyası almaq hüquq verən yaş həddinin artırılması nəticəsində ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında ciddi uyğunsuzluq yaranıb və bu uyğunsuzluqların aradan qaldırılması zərurəti yaranıb. Sosial müavinətlər haqqında qanuna edilən dəyişikliklər məhz ailənin maddi durumunun yaxşılaşması məqsədi ilə ona ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququnun verilməsi məqsədi daşıyır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

42 yaşlı qadını maşınla vurub öldürdü
Nazir Məşğulluq Agentliyinə yeni sədr TƏYİN ETDİ
Sabah 35° isti olacaq

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdalanda soyğunçuluq edən şəxs tutuldu