Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15330
az

Gömrük polkovniki işdən qovuldu - Rüşvətə görə

14:3506 İyul, 2019
595
KRİMİNAL
  • A
 Dövlət Gömrük Komitəsinin (DGK) rüşvət tələb edən əməkdaşı işdən çıxarılıb.

Komitənin məlumatına görə, Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun  “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb.

Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. DGK sədrinin müvafiq əmri ilə o, tutduğu vəzifədən azad edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qisas zəminində QƏTLƏ YETİRDİ
Nənə və nəvələri maşın vurdu: uşaqlardan biri öldü
22 yaşlı qadını vəhşicəsinə qətlə yetirildi

Yunan adası 50 il sonra su altında qalacaq

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda oğurladığı pulla plastik əməliyyat etdirən qız tutuldu - Şok detallar
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
Əhməd bu tarixdə hakim qarşısına çıxarılacaq