Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda atəşkəs sazişinin imzalanmasının 25 illiyi ilə bağlı bəyanat yayıb.
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bəyanat Rusiya XİN-in saytında yerləşdirilib.
Bəyanatda mayın 12-də Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın nümayəndələri arasında imzalanan atəşkəs sazişinin qüvvəyə minməsindən 25 il keçdiyi xatırladılıb: "Razılıq Rusiya Federasiyasının birbaşa vasitəçiliyi ilə əldə olunub, kütləvi şəkildə qan tökülməsini dayandırmağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanma prosesinin başladılmasına imkan yaradıb.
12 may sazişi bu günədək atəşkəs rejiminin qorunub saxlanılmasının bünövrəsi olaraq qalır.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi mürəkkəbdir. Bu prosesdə yüksəlişlər və enişlər olur. Münaqişənin iştirakçılarına nizamlanmanın əsas aspektləri ilə bağlı razılığa gəlmək üçün vaxt və siyasi iradə lazımdır.
Biz tərəflərin dayanıqlı sülhə nail olmasına istiqamətlənən birgə işi davam etdirməyə hazır olduğunu görürük. Bunu Azərbaycan və Ermənistan liderlərinin bir müddət əvvəl Vyanada, XİN başçılarının Msokvada keçirilən görüşünün yekunları da deyir. Öz tərəfimizdən Bakı və Yerevana güzəştli həll yolunun axtarışında fəal yardım edəcəyik. Əvvəllər də olduğu kimi, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupu çərçivəsində ardıcıl vasitəçilik səylərimizi davam edirəcəyik”.
Oxu24.com
ŞƏRHLƏR