Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13005
az

Rusiyadan Azərbaycana və Ermənistana Qarabağla bağlı ŞOK xatırlatma:Atəşkəsin 25 ili...

16:4410 May, 2019
2377
SİYASƏT
  • A
 
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda atəşkəs sazişinin imzalanmasının 25 illiyi ilə bağlı bəyanat yayıb.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bəyanat Rusiya XİN-in saytında yerləşdirilib.

Bəyanatda mayın 12-də Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın nümayəndələri arasında imzalanan atəşkəs sazişinin qüvvəyə minməsindən 25 il keçdiyi xatırladılıb: "Razılıq Rusiya Federasiyasının birbaşa vasitəçiliyi ilə əldə olunub, kütləvi şəkildə qan tökülməsini dayandırmağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanma prosesinin başladılmasına imkan yaradıb.

12 may sazişi bu günədək atəşkəs rejiminin qorunub saxlanılmasının bünövrəsi olaraq qalır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi mürəkkəbdir. Bu prosesdə yüksəlişlər və enişlər olur. Münaqişənin iştirakçılarına nizamlanmanın əsas aspektləri ilə bağlı razılığa gəlmək üçün vaxt və siyasi iradə lazımdır.

Biz tərəflərin dayanıqlı sülhə nail olmasına istiqamətlənən birgə işi davam etdirməyə hazır olduğunu görürük. Bunu Azərbaycan və Ermənistan liderlərinin bir müddət əvvəl Vyanada, XİN başçılarının Msokvada keçirilən görüşünün yekunları da deyir. Öz tərəfimizdən Bakı və Yerevana güzəştli həll yolunun axtarışında fəal yardım edəcəyik. Əvvəllər də olduğu kimi, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupu çərçivəsində ardıcıl vasitəçilik səylərimizi davam edirəcəyik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan BMT-də Qarabağdan danışdı
Rusiyadan Azərbaycana və Ermənistana Qarabağla bağlı ŞOK xatırlatma:Atəşkəsin 25 ili...
Paşinyanın qarşısına hansı tələb qoyuldu? - Vyana görüşünün DETALLARI AÇILDI

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”