Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128096
az

Əməliyyat zamanı şam üfürən həkim işdən çıxarıldı- Video

15:0215 Yanvar, 2025
32
CƏMİYYƏT
  • A

Əməliyyat zamanı iş yoldaşları ilə birlikdə doğum gününü qeyd edən “German Hospital”ın mama-ginekoloqu Ləman Əliyeva işdən çıxarılıb.  

Bu barədə klinikanın direktor müavini Səftər Əliyev məlumat verib. 

Onun sözlərinə görə, bu barədə beş nəfərdən ibarət komissiyanın apardığı araşdırmadan sonra qərar qəbul edilib.

S. Əliyev bildirib ki, həmin hadisəyə görə, həmçinin klinikanın baş tibb bacısı da vəzifəsindən azad edilib. O, klinikada tibb bacısı vəzifəsinə keçirilib. 

Qeyd edək ki, hadisə yanvarın 8-də baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda yanğın -11 nəfər təxliyə edilib (VİDEO)
Günay Yelmarqızına     ağır      itki
Sumqayıtda körpə süd əməndən sonra     vəfat       etdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
“TikTok”da işə düzəltmə fırıldağı:57 nəfəri aldadan keçmiş məhkum tutuldu