Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112710
az

İdmançı ərini öldürən Əfsanə cəzadan azad edildi - FOTO

13:0021 İyun, 2024
154
KRİMİNAL
  • A

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.

Prokuror elan edib ki, keçirilmiş ekspertiza rəyləri ilə Ə.Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib.

Bu səbəbdən xanım müttəhim cəzadan azad edilməli, barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün ixtisaslaşmış psixatriya stiasionarında müalicə tətbiq edilməlidir.

Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib.

Qərara əsasən, Ə.Qalabəyli cinayəti anlaqsız vəziyyətdə törətdiyindən və hazırda psixi problemləri olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Qərar qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər “Sərhədçi” idman kompleksində çalışırmış.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat
12 yaşlı uşaq faciəli şəkildə öldü
İşdən beş dəqiqə gec çıxan sevgilisini döydü

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat