Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11154
az

Kor insana şəfa verən altıaylıq körpə

23:0621 Mart, 2019
647
TİBB
  • A
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Muhəmməd ibni Məymun nəql edir: "İmam Rza (ə) Xorasana getməzdən əvvəl Məkkədə onu ziyarət edə bildim. Ona dedim: "Ey Allah Rəsulunun (s) oğlu! Mədinəyə səfərə çıxıram. Əgər mümkündürsə, mənim üçün bir məktub yaz və məni oğlun İmam Cavada (ə) tanıt".

İmam (ə) gülümsədi və məktubu yazmağa başladı. O zaman İmam Rzanın (ə) oğlu İmam Muhəmməd Təqi (ə) - 6-aylıq körpə idi. İmam Rza (ə) məktubu mənə verdi.

Mən də Mədinəyə tərəf hərəkət etdim. Nəhayət İmam Rzanın (ə) evinə çatdım. Xidmətçi qapıda dayanmışdı. Ona dedim: "Mənim mövlamı gətir ki, onun camalını görərək, gözlərimi cilalayım və feyz alım".

Xidmətçi evə daxil oldu və bir müddətdən sonra gəldi. O, imamət nurunu qucağında tutmuşdu. Yaxına getdim və salam verdim.

Körpə mənim salamımın cavabını verdi və buyurdu: "Ey Muhəmməd! Halın necədir?".

Dedim: "Ey mövlam! Xəstəlik nəticəsində gözlərim görmür".

Uşaq mənə işarə etdi ki, yaxına gəlim. Ona yaxınlaşıb, atasının məktubunu xidmətçiyə verdim. O, məktubu açdı və körpə məktubu oxudu. Sonra mənə xitab edib, buyurdu: "Daha yaxına gəl".

Yaxına getdim və körpə kiçik əllərini gözlərimə çəkdi. Mən bu altıaylıq körpənin kəraməti ilə şəfa tapdım. Gözüm görməyə başladı və bir daha göz ağrısı çəkmədim". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil