Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109445
az

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

18:0021 May, 2024
166
MANŞET
  • A

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər.

OXU24.COM  xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla axar.az-a verdiyi açıqlamasında bildirib.

"İnsanlar sağlamlıqlarına nəzarət etmirlər, orqanizmdə istilik tənzimləmə mexanizmləri pozulur və soyuqlama baş verir. Yuxarı tənəffüs yollarında olan viruslar fəallaşır və daha sonra digər insana xəstəliyin keçmə halı baş verir. Əlavə olaraq bilirik ki, koronavirusun omikron ştammının mutasiya variantları hələ də davam edir. Bununla bağlı yoluxmalar günümüzdə kifayət qədər artmaqdadır. Paralel olaraq, bir tərəfdən yuxarı tənəffüs yollarının virusları, bir tərəfdən koronavirusun özü, digər tərəfdən isə qızılca fəallaşmışdır. Qızılcanın təhlükəsi hələ də davam edir. Bir müddətdir ki, Hepatit A, sarılıq da yayılıb. İnsan orqanizminin bu qədər zəifləməsinə səbəb yaxın keçmişdə pandemiya şəraitində yaşamağımızdır. Əlavə olaraq insanların idmanla məşğul olmaması, az hərəkətlilik, çox qida qəbulu, açıq havada az olmaq və s. faktorlar immun sistemini zəiflədir və nəticədə görürsünüz ki, ayrı-ayrı virusların xəstəlik törətmə imkanları da artır. Fəallaşan viruslarla mübarizə aparmaq üçün genefondun sağlamlaşdırılması önəmlidir. Bu da əhalinin kütləvi idman, aktiv hərəkət, az qida qəbulu, zərərli vərdişlərdən uzaq durmasından keçir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək
İki keçmiş nazir həbs olundu
AYNA hərəkət iştirakçılarına xəbərdarlıq etdi

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu