ABŞ prezidenti Co Bayden administrasiyası yaxın günlərdə Çindən gələn təmiz enerji məhsullarına tarifləri artırmağa hazırlaşır, Çinin elektrik avtomobillərinə tətbiq edilən tarifin təxminən dörd dəfə artması gözlənilir.
Oxu24.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Bayden administrasiyasının nümayəndələrinin mayın 14-ü çərşənbə axşamı elan edəcəyi yeni tariflərdə bu öz əksini tapacaq.
Qeyd edilir ki, rüsumlar Çindən gətirilən kritik minerallar, günəş enerjisi məhsulları və akkumulyatorlara da təsir edəcək.
Qeyd olunur ki, bu qərar ABŞ-ın keçmiş prezidenti Donald Trampın Çindən gələn təxminən 300 milyard dollarlıq mallara tətbiq etdiyi tariflərə baxıldıqdan sonra qəbul edilib.
Bundan əvvəl Bloomberg yazıb ki, Vaşinqtonun hərəkətləri dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginliyin artması fonunda Pekindən cavab tədbirləri görməyə səbəb ola bilər.
Daha əvvəl Çin ABŞ-dan Rusiya ilə bağlı sanksiyaları ləğv etməyi tələb edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR