Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107335
az

Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI

09:5029 Aprel, 2024
73
SİYASƏT
  • A

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

OXU24.COM  xəbər verir ki, TASS bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, Petriaşvilinin polisə tabe olmamağa və xırda xuliqanlığa görə inzibati qaydada həbs edildiyi bildirilir.

Bundan əvvəl gürcü polisinin Tbilisinin mərkəzində etirazçılara qarşı bibər qazından istifadə etdiyi məlum olub.

Bundan az əvvəl dəbilqə, qaz maskası və qalxan taxan xüsusi təyinatlılar parlamentin qarşısına çıxıblar. Xüsusi texnika, o cümlədən su vuran avtomobillər əraziyə yeridilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi vasitələrdən istifadə edildiyini təsdiqləyib və etirazçıları ictimai asayişi pozmamağa və polisin qanuni tələblərinə tabe olmağa çağırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransanın ədalətsiz hərəkətləri ilə bağlı BƏYANAT
Putin Özbəkistanda: Mirziyoyev onu belə qarşıladı
Zelenskinin legitimliyi bitib - Putin

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş