Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102895
az

Kreml Navalnının ölümünə Qərbin reaksiyasına cavab verib

22:0016 Fevral, 2024
149
DÜNYA
  • A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb siyasətçilərinin Aleksey Navalnının ölümü ilə bağlı bəyanatlarını “tamamilə quduzluq” adlandırıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Kreml nümayəndəsi qeyd edib ki, Navalnının ölüm səbəbləri ilə bağlı hələ də rəsmi məlumat yoxdur və artıq Qərb ölkələrindən sərt bəyanatlar gəlir.

“Aydındır ki, onlar tamamilə quduzdurlar. Bu cür bəyanatları qətiyyən qəbuledilməz hesab edirik. Onlar qəbuledilməzdir. Biz onlarla belə davranırıq”, - Peskov vurğulayıb.

Bundan əvvəl Aleksey Navalnının atası Anatoli oğlunun öldüyünü təsdiqləyib. O əlavə edib ki, hələ dəfn mərasimi ilə bağlı heç nə deyə bilməz.

Həkimlərin sözlərinə görə, onlar yarım saatdan çox Navalnı diriltməyə çalışıblar.

Federal Penitensiar Xidmət (FSIN) Navalnının ölümünün səbəblərini aydınlaşdırmaq üçün Yamaldakı koloniyaya komissiya göndərib. Komissiya Federal Penitensiar Xidmətin mərkəzi aparatının əməliyyat və tibb bölmələrinin rəhbərlərindən və işçilərindən ibarətdir.

Bundan əvvəl İctimai Monitorinq Komitəsi Navalnının ölümündən bir müddət əvvəl vəziyyəti barədə danışmışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şahzadə vəfat etdi
Gürcüstanda etiraz aksiyalarının 7-ci günü: Rustavelli bağlandı
Müxalifət liderləri Kobaxidze ilə teledebatdan yayındılar

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib