Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102618
az

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

20:4810 Fevral, 2024
132
CƏMİYYƏT
  • A

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

QMİ-nin Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Bu şəxslər dövlətdən 800 manatdan çox pul ala bilər - AÇIQLAMA
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş