Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100785
az

Rəşid Mahmudov həyəcan təbili çaldı: "Ölkədə qripin ağır növü yayılıb, mən özüm də ağır keçirdim"

19:4309 Yanvar, 2024
387
TİBB
  • A

"Qızılça xəstəliyi keçirən insan ikinci dəfə bu xəstəliyi keçirmir. Qızılça ölkəmizə xaricdən gəlib. Bilirsiniz ki, son aylar bu xəstəlikdən dünyasını dəyişənlərin də sayında artım var. Məktəblilər arasında yayılan qızılçaya qarşı valideynlər diqqətli olmalıdırlar. Təbii vasitələrdən istifadə etmək lazımdır. Hər xəstəliyə qarşı iynədən istifadə etmək olmaz. Tövsiyyəm odur ki, qızılçaya yoluxmuş uşaqlara kişmiş yedirtsinlər, bal və digər şirin ərzaqlardan istifadə olunsun, bir də bu xəstəlikdən əziyyət çəkənlər özlərini qətiyyən soyuğa verməsinlər. Bəzi insanlar qızılçanı ayaqüstü keçirir. Bu da onların immunitetlərinin yüksək olması ilə bağlıdır. Qızılçaya yoluxan uşağı çimizdirmək olmaz"
 
OXU24.COM  bildirir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra ölkədə qripin ağır növünün yayıldığını bildirib.
 
"Boğazı daima qarqara etmək, sarımsaq yemək lazımdır. Əgər öskürək çoxdursa aparat vasitəsilə müxtəlif bitkilərlə, ən əsası çobanyastığı ilə inqalasiya etmək lazımdır. Türk dərmanlarından istifadə etsinlər. Xəstəliklər küləklə, torpaqla sovrulur və sonra yayılır. Qar yağsa bütün infeksion xəstəliklər yox olar. Həddindən artıq soyuqa qrip də tab gətirmir, məhv olur. Mən özüm də pis xəstələnmişdim, qripləmişdim. Çox ağır keçirirdim. Çox xəstəliklər yayıla bilər, amma öncədən proqnoz vermək olmur" deyə Rəşid Mahmudov deyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər