Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107379
az

Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR

15:0029 Aprel, 2024
62
CƏMİYYƏT
  • A

Ailəsi tərəfindən imtina edilən daha iki yeniyetmə qız sığınacağa yerləşdirilib. 

Oxu24.com xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə ana və nənələri tərəfindən tərk edilən bacılar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətiriliblər:

“Onlar körpə olarkən ana-ata ayrılıb. Uşaqlar nənənin himayəsində qalıblar. Bir müddət uşaqları nənə böyütsə də, sonradan o da imtina edib. Uşaqları bir bağçanın qarşısına qoyub gedib. Uşaqlar polis tərəfindən uşaq evinə yerləşdiriliblər. İllər keçib və körpələr böyüyüblər. Uşaq evində olarkən analarını istədiklərini və artıq anaları ilə qalmaq istədiklərini deyiblər. Anaları tapılıb və uşaqlar anaya təhvil veriliblər. Uşaqların ən acı günləri də bundan sonra başlayıb. Anaları hər gün onları döyərək ağır zülmlər edib. Sonunda isə olan olub...”

Mehriban Zeynalovanın sözlərinə görə, ötən gün axşam vətəndaşlar iki qız uşağının sahibsiz qaldığını görüb dərhal polisə məlumat veriblər:

“Hadisə təkrarlanıb. Əvvəl nənələri, indi isə anaları təkrarlayıb onların travmalarını... Böyük qızın gözləri hədsiz zəif görür və bacısının çox vaxt qolundan tutaraq gəzir. Qızların dediklərinə görə, anaları yenicə evlənib və onlardan əlavə daha üç uşağı var”.

Sığınacaq rəhbəri gözü zəif görən qızın müayinədən keçirilməsini və hər iki uşağa geyimlə bağlı dəstək göstərilməsini xahiş edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı