Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100278
az

Masallıda faciə: Yaralılar var

16:3802 Yanvar, 2024
494
SON DƏQİQƏ
  • A
Masallı rayonunda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb. “Report”un Cənub bürosunun məlumatına görə, Boradigah qəsəbəsində qeyda alınan hadisədə Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hyundai", 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Nəticə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - "Hyundai" və "Mercedes"in sürücüləri, eləcə də sərnişinlər - Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nirulayev və Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiyaya nota verib
AZAL açıqlama yaydı
Bakıda güclü yanğın baş verib