Bürclərin üstünlükləri:Bəs siz özünüz haqqındanə bilirdiniz?
30 Dekabr 2024, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
986
07.12.2020, 00:24
Qoç - münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır. Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. Lakin onlar asan olmayacaqlar.
Buğa - münasibətlərdəki durum sizi əvvəlki dövlərdəki kimi qane etmir. Sizsiz də problemli yönlərini nümayiş etdirən məsələləri daha da ağırlaşdırmayın.
Əkizlər - münasibətlərdə harmoniya yaradın. Situativ marağı uzunmüddətli proqrama döndərə bilərsiniz. Səhhətinizə fikir verin.
Xərçəng - hadisələr indi aktiv formalaşma mərhələsindədir. Laqeyd seyrçi mövqe tutmayın, konkret nəticələrdən asılı duruma düşməyin. İşdə dəqiq olun, təlimatlara və intizama riayət edin.
Şir - situasiya cari planları dəyişə bilər. Dəyişikliklərin arxasında sizə optimal olan perspektivləri görsəniz, təhlükəsizlik hissi bərpa olunacaq.
Qız - şəxsi münasibətlərdə güzəştə getməyi bacarın. Səmimi və qayğıkeş olun. Hisslərdə gərginlik varsa, uzun-uzadı müzakirələrə can atmayın.
Tərəzi - diqqətinizi ən mühüm məsələyə yönəldərək fəallıq sahəsini məhdudlaşdırın. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Tərəfdaşlar fəaliyyət müstəvisini genişləndirmək istəyirlər.
Əqrəb - işlərin əsas hissəsinin onlar tərəfindən yerinə yetirilməsinə mane olmayın. Günün ikinci yarısında qəfil hadisə və ya gözlənilməz xəbərə dürüst reaksiya verin. Seçiminiz ani, dəqiq olsun.
Oxatan - çox çalışmaq sizdə ifrat yorğunluq hissi yarada bilər. Yaşam arealı ilə yanaşı, fikirlərinizdə nizam yaradın. Axşam saatları yeni mövzu impuls səviyyəsində təkan verə bilər. Süni təkana əl atmayın. Fiziki iş üçün yaxşı zamandır.
Oğlaq - ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara ciddi yanaşın.
Dolça - borc vermək və ya borc almaq məsləhət deyil. Üstün olduğunuzu hiss etdiyiniz sahələrdə təkmilləşməyə çalışın.
Balıqlar - uzaqdan xoş xəbərlər alacaqsınız. Həmfikirlər sizə yardım edəcəklər. Günün ikinci yarısında gərəksiz əşya və ya mənasız hissdən qurtulun. Ailə və evin sizin təşəbbüsünüzə ehtiyacı var. Yaxınlarınıza hədiyyələr verin.
09:35 / 15 Noyabr 2026
123
07:35 / 15 Noyabr 2026
83
05:50 / 15 Noyabr 2026
103
01:35 / 15 Noyabr 2026
128
01:10 / 15 Noyabr 2026
137
23:59 / 14 Noyabr 2026
330
23:51 / 14 Noyabr 2026
182
23:47 / 14 Noyabr 2026
198
23:33 / 14 Noyabr 2026
168
23:23 / 14 Noyabr 2026
486
23:16 / 14 Noyabr 2026
163
23:05 / 14 Noyabr 2026
665
23:01 / 14 Noyabr 2026
499
22:28 / 14 Noyabr 2026
1321
22:19 / 14 Noyabr 2026
166
21:55 / 14 Noyabr 2026
169
21:32 / 14 Noyabr 2026
196
21:22 / 14 Noyabr 2026
276
21:11 / 14 Noyabr 2026
1148
21:04 / 14 Noyabr 2026
1247
21:02 / 14 Noyabr 2026
178
20:56 / 14 Noyabr 2026
1013
20:50 / 14 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.