Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35141
az

Qarabağda dəhşətli SAVAŞ BAŞLAYA BİLƏR - DETALLAR AÇILDI

11:5811 İyul, 2020
2061
QARABAĞ
  • A

Müharibə ehtimalından danışarkən deməliyəm ki, müharibənin başlanması hər an mümkündür. Biz bunu başa düşməliyik. Sadəcə elə dövrlər olur ki, müharibənin başlama ehtimalı bir az çox, bəzən isə bir qədər aşağı olur.

Oxu24.com xəbər verir ki, bunu Teleqraf.om-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 6-da yerli televiziya kanallarıa müsahibəsində bir sıra vacib məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabğ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə toxunub. Prezident ATƏT-in və onun faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini tənqid edib. Dövlət başçısı hərb variantının istisna olunması ilə bağlı həmsədrləıin fikirlərini də tənqid edib və bildirib ki, aprel döyüşləri heç kimin yadından çıxmasın.

Hərbi ekspert Azad İsazadə hesab edir ki, dövlət başçısının bu bəyanatı Azərbaycan tərəfində ATƏT-in Minsk qrupuna inam qalmadığından xəbər verir:

“Aydındır ki, Minsk qrupuna inam bəlkə 10 ildir, bəlkə bir qədər də çoxdur ki, itib. Hətta, Minsk qrupu ilə bağlı lətifələr də qoşulub, qısametrajlı yumoristik film də çəkilib. Onlar diplomatik pasportla İrəvana, Bakıya, Xankəndiyə gəlirdilər, yeyib-içirdilər, pay-püş alırdılar, yığışıb çıxıb gedirdilər. Minsk qrupunun fəaliyyəti faktiki olaraq bundan ibarət idi”.

Hərbi ekspert daha sonra deyib:

“Mən Prezident İlham Əliyevin bəyanatını belə qəbul edirəm; ya danışıqlar başlanır, amma hansısa yeni formatda – çünki Minsk qrupu öz işini bacarmadığı üçün hansısa yeni format tapılır, – ya da bizim çıxış yolumuz qalmadığı üçün məcbur olub müharibəyə başlayacağıq. Deməli, danışıqlar üçün hələ şans qalır, amma müharibə də istisna olunmur. Bizim nə vaxt öz hüququmuzdan istifadə etməyə başlayacağımız isə ayrı məsələdir. Burada bir neçə amil rol oynayır. Bunlar birincisi fəsil periodudur. İkincisi beynəlxalq vəziyyətdir. Çünki aydın məsələdir ki, Azərbaycan beynəlxalq sanksiyalarla da üzləşə bilər. Deməli, buna da hazır olmalıyıq. Və sözsüz ki, yeni yaranmış vəziyyət – pandemiya da burada rol oynayır. Yəni, başlayacaq müharibəyə pandemiyanın da hansısa formada təsiri olacaq”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün faktiki olaraq danışıqlar prosesinin getmədiyini bildirib. Deyib ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur və bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir.

Bu məsələyə də münasibət bildirən Azad İsazadə Minsk qrupunun son 5-10 ildə keçirdiyi görüşlərin mənasız olduğunu vurğulayıb:

“Bu mənim şəxsi, subyektiv fikrimdir. Aydındır ki, mən hər şeyi bilmirəm. Yalnız rəsmi görünən tərəfdən Minsk qrupunun fəaliyyətini müzakirə edə bilərəm. Amma nəticə baxımından mənasızdır. Heç bir nəticə əldə olunmayıb. Minsk qrupu heç atəşkəsin qorunub saxlanılmasına da nəzarət edə bilmir.

Nisbətən atəşkəsə nəzarət etməyə çalışır, amma buna da nail ola bilmir. Məncə, Minsk qrupunun vasitəçiliyi ilə nazirlər arasında keçirilən son iki görüş yox, 5-10 il öncə də qrupun fəaliyyəti mənasız idi. Bəlkə də mən səhv edirəm. Bəlkə hansısa sənədlər var ki, mənim ondan xəbərim yoxdur, amma mənim fikrimi soruşursunuzsa, mənim fikrim belədir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı