Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20319
az

Bu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ - Rusiyadan ŞOK XƏBƏRDARLIQ

20:2406 Dekabr, 2019
991
QARABAĞ
  • A
“2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında qaçırılmış il oldu. Qorxuram, tarix artıq neçənci dəfə eyni şeyi təkrarlasın”. Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksey Fenenko deyib. Onun sözlərinə görə, İrəvan Qarabağ münaqişəsinin nizama salınması prosesinə ikinci dərəcəli məsələləri daxil etməyə çalışır, xüsusilə humanitar məsələləri, etimad mühitinin formalaşdırılması kimi. “Doğrudur, bu təəccüblü deyil. Son 30 ildə erməni tərəfi münaqişənin həlli ilə bağlı heç bir təklif irəli sürməyib. Azərbaycanın, Rusiyanın, ABŞ-ın və Fransanın təklifləri olub. Bu təklifləri tənqid etmək, müxtəlif cür şərh etmək olar, lakin erməni tərəfinin bütöv sənəd kimi heç bir təklifi yoxdur. Ermənistan Qarabağı danışıqlar masasına tərəf kimi qəbul etdirmək istəyir, hərçənd, bu, sülh prosesinin pozulması deməkdir. İstisna etmirəm ki, Paşinyan danışıqlar prosesini bloklamağa davam etmək üçün bunu masaya şərt kimi qoysun. Ermənistanın baş naziri əla bilir ki, Azərbaycan buna getməyəcək. Paşinyan da deyəcək ki, budur, bizim təklifimiz var, amma qəbul etmirlər”, - qeyd edib. A.Fenenko qeyd edir ki, Ermənistan Moskvanın planını da alt-üst edir: “2016-cı ildə Rusiya ilkin addım kimi Qarabağ ətrafındakı rayonların qaytarılması ilə bağlı plan təklif etmişdi və hər iki tərəf buna razılaşdı. Paşinyan isə buna qarşı çıxır və iddia edir ki, masada heç bir sənəd yoxdur. Halbuki, o Ermənistanın baş naziri olaraq, əvvəlki razılaşmaların varisidir. Hesab edirəm ki, İrəvan bundan sonra da danışıqlar prosesini pozmaq üçün maksimum cəhd göstərəcək”. Rusiyalı politoloq Qarabağda müharibə ehtimalını da istisna etmir. “Lakin tərəflər hələ danışıq prosesini davam etdirəcəklər. Heç bir nəticənin əldə olunmadığı tam ortaya çıxanda, eskalasiya başlana bilər”, - o vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR