Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı

2019-10/1571414981_1571387415_1571385704_samiraldo_71738665_185650802474488_8455804510239696951_n.jpg

QARABAĞ

1136

18.10.2019, 20:10

\"\" 18 oktyabr 2019-cu il tarixində azərbaycanlı hakerlərdən ibarət \"Anti-armenia Team\" qrupu tərəfindən Ermənistan baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.
Oxu24.com xəbər verir ki, hücum nəticəsində Nikol Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnib, veb-saytın xəbərlər hissəsinə \"Qarabağ Azərbaycandır və nida işarəsi!\" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş \"Valday 2019\" forumundakı çıxışının video fraqmenti əlavə olunub. Kiber-hücum əməliyyatı \"Ferid23\" və \"LozariuS\" kod adlı hakerlər tərəfindən həyata keçirilib.
  Qeyd edək ki, \"Anti-armenia Team\" 19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılıb.