Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18674
az

Ermənilər Şuşa məscidini tanınmaz hala saldılar - FOTO

12:4005 Oktyabr, 2019
882
QARABAĞ
  • A
 
Ermənistan 28-ci ildir işğal altında saxladığı Şuşa şəhərindəki tarixi Cümə məscidini "bərpa" adı altında farslaşdırmağa cəhd edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, separatçı qurumun "mədəniyyət və turizmin inkişafı agentliyinin rəhbəri" Sergey Şahverdiyan bu barədə bildirib. Separatçının sözlərinə görə, məscidin "bərpa"sı yaxın günlərdə yekunlaşacaq. Şahverdiyan qeyd edib ki, "bərpa" işləri "Şərq Tarixi İrsinin Dirçəlişi" fondu tərəfindən həyata keçirilib. Erməni separatçısı bu işlərə görə Saeed M.Nahavandinin "fədakarlığını" da qeyd edib. Beləliklə, "bərpa" adı altında məscidin tarixi qiyafəsi tamamilə dəyişdirilib.

Bundan əvvəl dəfələrlə Dağlıq Qarabağdakı qondarma qurumla İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin "təmiri" ilə bağlı imzalanan müqaviləyə Azərbaycan rəsmiləri tərəfindən etiraz bildirilib. Lakin İran tərəf Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməklə kifayətlənib və separatçılarla işbirliyində olan şirkətin qarşısını almağa cəhd göstərməyib. Sonuncu dəfə bu ilin mayında XİN səviyyəsində bu əməllərə etiraz olaraq bəyanat verilmişdi. "Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən "bərpa" olunaraq, fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir", bəyanatda deyilirdi.

Ermənistan və Qarabağ separatçıları bununla onlar üçün "nəfəslik" rolunu oynayan İrana jest etmək istəyiblər. Həm də belə bir şou ilə Qarabağdakı tarixi abidələrin dağıdılması faktını gizlədəcəklərini zənn edirlər. Lakin fakt budur ki, söhbət Azərbaycanın tarixi şəhərindəki məsciddən gedir. Lakin ermənilər onu "fars məscidi" olaraq təqdim etməyə mənasız cəhd edirlər, İrəvandakı cümə məscidi kimi... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Paytaxt sakininin kartından  oğurluq    edildi