Qaynar xətt:

(+99450) 247 90 86

Nəşi Ağdərədən gələn pəhləvanımız...

2019-09/1568113935_asif_rustemov_sehid.jpg

QARABAĞ

1305

10.09.2019, 15:12

\"\"  Bu gün Qarabağ müharibəsi şəhidi Asif Rüstəmovun anım günüdür. Asif 1992-ci ildə Ağdərədə həlak olub. Yaşasaydı, 63 yaşı olacaqdı.
oxu24.com  xəbər verir ki, Asif Rüstəm oğlu Rüstəmov 1956-cı ilin avqustun 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açıb. Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib.
Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiyada qalıb. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib. 1992-ci il sentyabrın 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və boya-başa çatdığı Keştazlı kəndində dəfn olunub. Üç övladı və dörd nəvəsi var. Allah rəhmət eləsin!