Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Qarabağla bağlı bu razılaşmalardan geri çəkilir - Rus ekspert

Paşinyan Qarabağla bağlı bu razılaşmalardan geri çəkilir - Rus ekspert

QARABAĞ

1449

04.09.2019, 20:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2016-cı ildə əldə edilmiş razılaşmaları pozur.
Bu barədə “Report”a Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko N.Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasını şərh edərkən bildirib. “Moskvadan baxanda Paşinyanın bəyanatı qəribə gəlir, çünki 2016-cı ilin iyun ayında Sankt-Peterburqda Qarabağ münaqişəsinin Rusiyanın vasitəçiliyilə həll olunmasına dair plan razılaşdırılmışdı”, - deyən ekspertin fikrincə, bu kimi bəyanatların məqsədi Rusiya tərəfini sərt cavab tədbirlərinə təhrik etməkdir.
“Əslində bu açıqlama 2016-cı ilin bütün razılaşmalarından geri çəkilmək deməkdir. Belə çıxır ki, Ermənistanın bu məsələdə bir-birinə daban-dabana zidd iki mövqeyi var. Məntiqlə o, Rusiyanın əsəbiləşəcəyinə, bununla da münaqişəyə dair görülən bütün işləri sıfırlamaq üçün gözəl fürsət ələ keçəcəyinə bel bağlayırdı”, - A.Fenenko bildirib.