Azərbaycan Şəhidlərinin xatirəsi daha bir video ilə anılıb.
Oxu24.com xəbər verir ki, Qarabağ müharibəsi zamanı müxtəlif illərdə şəhid olmuş döyüşçülərin ruhuna ithaf olunmuş "Cənnət ətri" adlı sənədli film şəhid anaları Kərbəlanı ziyarət edərkən çəkilib. Filmdə təsirli mənzərələrdən biri şəhidlərin rəsminin əks olunduğu xüsusi geyimlərin insanların üzərində bütün Kərbəlanı dolanması olub. Filmdə şəhid anaları da əks olunub.
Xatırladaq ki, filmin ideya müəllifi Hacı Şahin Həsənliyə məxsusdur.
Qeyd olunan filmin rejissoru Elçin Ağazadə, ssenari müəllifi Kənan Əsgərzadədir.
Oxu24.com
ŞƏRHLƏR