13 dost,13 şəhid -XTQ tablosu...
20 Oktyabr 2025, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
978
08.10.2025, 08:58
Bu gün Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından 5 il keçir.
Oxu24.com-un məlumatına görə, 2020-ci ilin oktyabrın 8-nə keçən gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə növbəti dəfə Ermənistanın hərbi təcavüzünə məruz qalıb.
Belə ki, həmin gecə endirilən raket zərbəsi nəticəsində xəsarət alan olmasa da, şəhərdə bir çox yaşayış evləri və nəqliyyat vasitələri dağılıb, mülki infrastruktur ciddi zərər görüb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ümumilikdə beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hədəfə alıb. Bu hücumlar nəticəsində 26 nəfər həyatını itirib, 175 nəfər yaralanıb. Şəhərin müxtəlif ərazilərində yerləşən yaşayış binaları, ictimai obyektlər və avtomobillərə maddi ziyan dəyib.
Həmçinin oxuyun
Ümumilikdə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, 12 mindən çox yaşayış və qeyri-yaşayış sahəsinə, yüzlərlə nəqliyyat vasitəsinə və fermer təsərrüfatına ciddi zərər dəyib.Qafqazinfo
11:42 / 05 Dekabr 2025
1
11:36 / 05 Dekabr 2025
10
11:33 / 05 Dekabr 2025
27
11:17 / 05 Dekabr 2025
289
11:14 / 05 Dekabr 2025
31
11:00 / 05 Dekabr 2025
101
10:52 / 05 Dekabr 2025
30
10:46 / 05 Dekabr 2025
44
10:44 / 05 Dekabr 2025
33
10:34 / 05 Dekabr 2025
186
10:30 / 05 Dekabr 2025
229
10:18 / 05 Dekabr 2025
40
10:15 / 05 Dekabr 2025
36
10:13 / 05 Dekabr 2025
68
10:10 / 05 Dekabr 2025
43
09:35 / 05 Dekabr 2025
809
00:28 / 05 Dekabr 2025
94
00:24 / 05 Dekabr 2025
106
00:20 / 05 Dekabr 2025
78
00:17 / 05 Dekabr 2025
98
00:11 / 05 Dekabr 2025
72
23:54 / 04 Dekabr 2025
527
23:46 / 04 Dekabr 2025
2283
23:22 / 04 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.