Növbəti köç karvanı Cəbrayıla çatdı - FOTO / YENİLƏNİB
12 Sentyabr 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
314
16.05.2024, 15:27
Bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub.
Oxu24.com xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır”.
İ.Mirzəyev, həmçinin qeyd edib ki, bu il işğaldan azad olunan Ağdam rayonunun üç kəndinə də ilk köçün olması nəzərdə tutulur:
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri yenidən salınır. Bu ilin sonuna qədər Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə isə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər arasında sorğular həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayı və tərkibi dəqiqləşdirilir, sosial vəziyyəti və məşğulluq imkanları qiymətləndirilir, eləcə də məlumatlandırma, təbliğat-təşviqat işləri aparılır və köçürülmənin texniki-təşkilati məsələləri həll olunur”.
11:00 / 13 Sentyabr 2026
2
10:39 / 13 Sentyabr 2026
57
10:29 / 13 Sentyabr 2026
65
10:26 / 13 Sentyabr 2026
49
10:15 / 13 Sentyabr 2026
38
10:11 / 13 Sentyabr 2026
74
10:02 / 13 Sentyabr 2026
142
09:50 / 13 Sentyabr 2026
87
09:19 / 13 Sentyabr 2026
346
08:58 / 13 Sentyabr 2026
599
08:35 / 13 Sentyabr 2026
111
08:07 / 13 Sentyabr 2026
271
00:51 / 13 Sentyabr 2026
105
00:35 / 13 Sentyabr 2026
649
00:14 / 13 Sentyabr 2026
1614
00:06 / 13 Sentyabr 2026
628
23:49 / 12 Sentyabr 2026
126
23:38 / 12 Sentyabr 2026
204
23:34 / 12 Sentyabr 2026
191
23:31 / 12 Sentyabr 2026
107
22:35 / 12 Sentyabr 2026
119
22:31 / 12 Sentyabr 2026
101
22:26 / 12 Sentyabr 2026
270
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.