Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu şəxslərin Dövlətdən pulsuz avtomobil almaq hüququ var - YARDIM

Azərbaycanda bu şəxslərin Dövlətdən pulsuz avtomobil almaq hüququ var - YARDIM

ÖZƏL BÖLÜM

2281

13.04.2023, 22:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu  pulsuz avtomobil almaq hüququ olan  şəxslərlə  bağlıdır.

 

Sual: Hansı imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz avtomobillə təmin oluna bilər?

 

Cavab: II Dünya müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslə və onlara bərabər tutulanlar, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələrində, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlilliyi müəyyən edilmiş şəxslərin Dövlətdən pulsuz avtomobil almaq hüququ var.Bunun üçün Nazirlikdə növbəyə yazılmaq lazımdır.

 

Hazırladı: Miri Məcidli