Qaynar xətt:

(+99450) 247 90 86

Xaricdən nə vaxtadək alınan avtomobilləri – AZƏRBAYCANA GƏTİRMƏK OLAR? - DƏQİQ TARİXLƏR

Xaricdən nə vaxtadək alınan avtomobilləri – AZƏRBAYCANA GƏTİRMƏK OLAR? - DƏQİQ TARİXLƏR

CƏMİYYƏT

636

13.04.2023, 21:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin martın 29-da qəbul etdiyi qərarı ilə Azərbaycana gətirilən avtomobillərə yaş limiti qoyulub.
 
Qərara əsasən artıq ölkəyə ancaq o avtomobillər gətirilə bilər ki, istehsal tarixindən 10 ildən artıq vaxt keçməsin.
 
Nazirlər Kabinetinin qərarına əsasən bu qərar 30 gündən sonra, yəni aprelin 29-dan qüvvəyə minəcək.
 
Həmin tarixə qədər isə ölkəyə 2006-cı ildən sonra buraxılan avtomobilləri gətirmək və rəsmiləşdirmək olar.
 
Oxu24.com  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, aprelin 29-dək xaricdə alınan və ölkəyə gətirilən avtomobillərin  rəsmiləşdirilməsi ilə bağlı problem yoxdur.
 
Qeyd edək ki, sözügedən qərardan sonra Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi martın 29-dək alınan avtomobillərin ölkəyə gətiriləcəyi halda rəsmiləşdiriləcəyini bildirmişdilər.
 
Bu açıqlamalardan elə başa düşülürdü ki, martıq 29-dan sonra alınan müddəti 10 ildən artıq avtomobillər ölkəyə buraxılmayacaq.
 
Amma sonradan Dövlət Gömrük Komitəsindən  bildirilib ki, açıqlama martın 29-dək alınan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlıdır. Qərar isə göstərildiyi kimi, aprelin 29-dən qüvvəyminəcək və həmin tarixədək xaricdən alınıb ölkəyə gətirilən avtomobillər (söhbət buraxılış ili 10 ildən artıq olan avtomobillərdən gedir – FED.az) rəsmiləşdiriləcək.
 
Sadəcə bir fərq var ki, aprelin 29-dək alınan belə avtomobillər yalnız aprelin 29-dək ölkəyə gətirilməlidir.
 
Martın 29-dək alınan avtomobillər isə aprelin 29-dan sonra da gətirilə bilər, bunun üçün alqı-satqı sənədlərində tarixin doğrudan da martın 29-dək olduğu təsdiqlənməlidir.