Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4097
05.07.2022, 18:38
Azərbaycan kinosunun ən parlaq aktrisalarından birini xatırlayırıq... Onun oynadığı filmləri siyahıdan çıxarsaq, çox az, sönük filmlər qalar. Biri var idi, Nuriyyə Əhmədova...
Oxu24.com xəbər verir ki, Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda anadan olub. Atası hərbçi, anası evdar qadın olub. Ailəsi onun aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
“Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba” filmlərində oynayıb. Rola aldığı bütün filmlərdəki obrazları baş rola qədər diqqətçəkən və yaddaqalan edib.
Yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa çox azdır. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında “mənim həyatım elə ayrı bir filmdir” deyirdi…
aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:
“Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı.
Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. “Sahilsiz gecə” filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: “Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!”
Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub və ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.
Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur.
Qızının övladını götürüb saxlamağa qərar verən Nuriyyə xanım bununla həyata tutunur. Və əlbəttə ki kino ilə.
Amma qara xətt bununla bitmir. Nuriyyə xanım oğlunun xoşbəxtliyindən də təsəlli tapa bilmir. Övladlarını itirən oğlunun ailəsi dağılır. Az sonra oğlu Əli xərçəng xəstəliyinə tutulur və 37 yaşında vəfat edir.
Ömrünün sonuna yaxın, avtobusdan yıxılıb, ayağını zədələyir. Xeyli müddət yataqda qalır.
Yaşanan psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrı yaşamağa qərar verir. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilmir. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Elə rəfiqələrindən birinin evində də vəfat edir
Məmmədbağır Bağırzadə nəvəsinin adını niyə ağlaya-ağlaya qoymuşdu? İllərdir gizli qalan səbəb...
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.