Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58761
az

Dostunun qanlı köynəyini geyinib qisasını almağa yollandı - BİR ŞƏHİDİN ÖMÜR YOLU

22:0620 Sentyabr, 2021
2982
ÖZƏL BÖLÜM
  • A

Vətən Müharibəsi. Başqa adı ilə, bundan sonra gələn nəsillərin unutmayacağı İkinci Qarabağ savaşı. O savaş ki, 30 illik həsrətə son qoyduq. O savaş ki, 30 ildən sonra qanı axan yaramızı sarıya bildik. 

Müharibə şəhidsiz olmaz deyirlər. Şəhidlərimiz də oldu. Bundan sonra hər birimizin borcunu ödəyə bilməyəcəyimiz şəhidlər. Qanları ilə, canları ilə bizə zəfəri daddıran şəhidlər. 20 yaşlı İsrayıl Cəfərzadə kimi. 

Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazanlardan idi İsrayıl  Cəfərzadə. O, həm də yaddaşlarda cəsur kəşfiyyatçı, igid əsgər, sadiq dost olaraq qaldı. 

APA TV-nin xəbərinə görə, 2000-ci ilin sentyabrın 30-da Bakının Sabunçu rayonunda anadan olan İsrayıl əslən Ağsu rayonundan olub. 2007-2015-ci illərdə Sabunçu rayon 148 nömrəli məktəbdə təhsil alır. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini davam etdirir. 

Atası Namiq Cəfərov deyir ki, uşaqlıqdan İsrayılın əlbəyaxa döyüş növlərinə həvəsi olub. Sonralar bu həvəs onu sərbəst güləş idman növü ilə peşəkar məşğul olmağına gətirib çıxarır. Rayonlar arası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunur. 

Təhsilini bitirdikdən sonra 2019-cu il iyul ayının 2-də İsrayıl həqiqi hərbi xidmətə yollanır. Hərbi xidmətini əvvəl Ballıqayada, daha sonra Mingəçevirdə yerləşən N saylı hərbi hissədə keçir. Xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci il may ayının 28-i çavuş rütbəsi alır: “Müharibə başlamışdan 3 dost - İqbal, Əkbər və İsrayıl təkidlə cəbhə bölgəsinə göndərilmələrini xahiş edirlər. Sentyabrın 25-də onları döyüş bölgəsinə gətirirlər. Sentyabrın 27-də Əkbər, İqbal və komandirləri döyüşdə şəhid olurlar. O zaman İsrayıl söz verir ki, sizin qanınızı yerdə qoymayacam”.

Dostlardan biri olan şəhid Əkbər Hüseynovun həyat yolu barəsində ötən süjetimizdə söhbət açmışdıq. Əkbərin və İqbalın ölümündən təsirlənən İsrayıl o zaman Əkbərin qanlı köynəyini və adı yazılan hərbi formasını geyinib, dostlarının intiqamını almaq üçün şərəfli bir yola çıxır: 

Atası Namiq Cəfərov deyir ki, sentyabrın 30-na kimi İsrayıldan xəbər ala bilməyiblər: “30-da İsrayılın 20 yaşı tamam olurdu. Həmin gün çox gözlədik zəngini. Günortadan sonra mənə tanımadığım nömrədən zəng gəldi, gördüm İsrayıldı. Onun həmişə bir sözü vardı. Telefonu götürən kimi deyirdi “papa salam”. O sözü eşidəndə ürəyim bir az rahatladı. Dedim mən işdəyəm ananla da danış. Döyüşdən bir neçə saatlığa onları aşağı gətirmişdilər, zəng edəndə dedim bala ürəyin nə istəyir yemək, paltar. Dedi ata hər şeyimiz var. Gələndə bircə anam peraşki bişirib göndərsin, bir də samovarı götürərsiniz, sizinlə görüşəndə samovar çayı içərik. Çox heyif ki, çatdırıb apara bilmədim”....

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu