Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57701
az

Prezident ELAN ETDİ: Ermənistandakı bütün yerlər... - VACİB MƏLUMATLAR

23:5219 Avqust, 2021
3171
ÖZƏL BÖLÜM
  • A

Ölkə başçısı İlham Əliyev bir neçə gün öncə Kəlbəcərə səfəri zamanı Azərbaycan mediasındakı incə bir çatışmazlığa toxundu. Bu elə bir çatışmazlıqdır ki, mütləq şəkildə aradan qaldırılmalıdır. Bu, həm tarixi ədalətin bərpasına xidmət edən bir məsələdir, həm də xalqımızın tarixi yaddaşının unudulmasına imkan verilməməsidir.

Məsələyə bir qədər də geniş yanaşmaq istəyirəm. Prezident Kəlbəcər-Basarkeçər yolu üzərində çıxış edərkən söylədi ki, Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir:

“...Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.

Bəli, prezident bu dəfə hazırkı Ermənistan dövlətinin tarixi Azərbaycan ərazilərində qurulduğunu elə toponimlər məsələsinə toxunmaqla bildirdi. Jurnalistləri, bu bölgədən yazı, reportaj hazırlayanları da diqqətli olmağa çağırdı. 44 günlük Vətən Müharibəsindən sonrakı prosesləri izləyən və bu istiqamətdə xəbər hazırlayan həmkarlarımız hadisə haqqında daha müfəssəl məlumat hazırlayarkən bəzən erməni mediasına müraciət edir. Düşmən mənbələrinə də göz gəzdirir. Bu da bir sıra hallarda Ermənistandakı tarixi yer adlarımız və toponimlərimizlə bağlı nöqsanlara yol verilməsi ilə nəticələnir. İndi jurnalistlərimiz daha diqqətli olmalı, Göyçə, Zəngəzur, Basarkeçər, Dərələyəz, Vedi mahallarının kəndləri, yaşayış məntəqələrini ermənilərin dəyişdirdikləri adlarla deyil, tarixi dədə-baba adlarımızla yazmalı, adlandırmalıdır. Məsələn, prezident demiş, ermənilər Yerasxdakı mövqelərindən Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub ifadəsində “Yerasx” yox, Arazdəyən işlətməliyik. Bu, ən başlıcası tariximizə, keçmişimizə hörmətdir.

Bəs jurnalistlər üçün Ermənistandakı tarixi kənd, mahal, oba adlarını daha dəqiqliklə öyrənmək, materiallarda toponimləri, oykonimləri olduğu kimi vermək üçün mənbə varmı? Bəli, var. İbrahim Bayramov və Nazim Mustafanın birgə qələmə aldığı, ən əsası, ölkə başçısının tövsiyələri əsasında hazırlanan bir kitab var: “Həqiqətin onomastikası”. Çox möhtəşəm bir kitabdır. İçərisində xəritə də var və həmin xəritədə tarixi Azərbaycan əraziləri, indiki Ermənistan dövlətinin sərhədləri daxilində qalan kəndlərimiz yer alıb. Özü də indiki qondarma adları ilə yanaşı, tarixi adları da aydn və qabarıq şəkildə əks olunub. Bölgə haqqında yazılar, reportajlar, videomateriallar hazırlayan jurnalistlər üçün stolüstü kitab olan bu əsər hər bir redaksiyada olmalıdır. Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılmasına həsr olunub.

İndi isə keçək Ermənistandakı tarixi kənd adlarımızın tanıtımına. Biz də “Həqiqətin onomastikası”na əsaslanaraq hazırda mediada ən çox adları keçən, gərginlik bölgəsinin episentrində yer adlarını təqdim etməyə:

Zəngəzur-Dərələyəz bölgəsinin toponim və oykonimləri:

MEHRİ –(Meqri), BƏSİTÇAY –(Tsav), QAFAN – (Kapan), GORUS – (Qoris), MİSXANA -(Qacaran), XOLACÇAY (Noraşenik), ƏYRİÇAY (Ayriget), OXÇUÇAY (Voxci), BAZARÇAY (Vorotan), LİZİNÇAY (Loradzor), NÜVƏDİ – (Nuvadi), NÜVƏDİÇAY – (Nuvadiget), NÜVƏDİ- (Nrnadzor), ARAZDƏYƏN – (Yerasx), XINZİRƏK (Xınzırak) , QURUÇAY (Qladzor) ƏRDƏPİN (Yexegis), SALLIÇAY (Salıget), GÜLÜDÜZ (Vardohoyit), OYUABAZ (Herher), QARAGÖL (Sevliç)...

Göyçə-Basarkeçər bölgəsi:

BASARKEÇƏR (Vardenis), DƏRƏÇAY (Daranak), GÜNEY (Satanxaç), PƏMBƏK (Pambak), ŞİŞQAYA (Şişkert), ÇƏMBƏRƏK (Şrjan), DİLİCAN (Deliakan), QARAKİLSƏ (Kirovakan), SOYUQSU (Paxcur), CALAÇAY (Spitakacur), TOVUZQALA (Berd), HƏSƏNSU (Axum), TƏRSƏÇAY (Getik), ŞAMPILDƏRƏ (Tsapatax), KƏVƏR (Qavar), KARVANSARAY (İcevan), COĞAZÇAY (Coğas), GÖYÇƏ (Sevan), ZƏNGİ (Razdan), AXTA (AKXTA)...

Qafan rayonu üzrə:

Zeyvə (David-bek), Dəymədağlı (Şrvenants), Kilsəkənd Sraşen, Kürdkənd (Lernadzor), Sirkətas (Xdrants), Axtaxana (Xladağ), Mahmudlu Çaykənd- Gütqum Gehanuş, Pirməzrə-Katnarat, Dördnü (Antaraşat), Yuxarı Gödəkli -Verin Godaklu, Aşağı Gödəkli (Nerkin Godaklu), Aşağı Hand (Nerkin Hand), Gığı (Gexi) Keypəşin (Kefaşen), Qaradığa (Karatqa), Şabadin (Yeğek)...

Qaraqoyunlu bölgəsi:
İRƏVAN (Yerevan), ÜÇKİLSƏ (Eçmedzin, Vağarşapat), QARASU (Sevsı), AZAD (Qarniget), ELLƏR (Abovyan)

KARVANSARAY (İcevan) rayonu üzrə:

Güney Getaşen, Qaradaş Sevkar, Lalakənd /Aşhigah/ Laligyuğ, Kürdəvan Yenokavan, Sarıgah Sarıgyuğ, Uzuntala Onut, Polad Xaçardzon, Çiçəkbulaq /Murteyil/ Geğatap...

Digər bölgələrdən adı mediada tez-tez hallanan kənd adları:

Haqqıxlı (1978-ci ildən Səməd Vurğun, 1991-ci ildən Hovk), Həkəri – Akori (Allaһverdi rayonu).

Şınıx – Şnox (Allaһverdi rayonu), Keypəşin – Kefaşen (Qafan rayonu)

Qaradığa – Karatqa (Qafan rayonu)

Hacıqara – Makaraşen – Lernapat (Böyük Qarakilsə

rayonu).

Qaradağlı – Tsaxkaşen – Mrqavet (Qəmərli rayonu).

Məlikkənd – Melikgyuğ (ermənicə “gyuğ” – “kənd”

deməkdir; Abaran rayonu).

Təzəkənd – Tazagyuğ (Zənqibasar rayonu). Yarpızlı –Lçavan, Yuxarı Zağalı - Verin Zağalu, Axbradzor, Tüskülü –Lusakunk, Çiçəkli (Qızılvəng) Makenis;

Sarıyaqub-Çaqadzor, Subatan-Geğakar, Şişqaya-Quqariç, Şəfəq /Kərkibaş/ (Vanevan), Hacıqara-Makaraşen, Sarımsaxlı-Karaberd, Ovandərə-Ovnanadzor, Əgərək-Aqarak

Əziz oxucular, kəndlərin adının bütün siyasına aşağıdakı linkə daxil olub baxa bilərsiniz:

//cloud.mail.ru/stock/63y7pwYhwRcEuse7XdiS4jt2

Tural Turan

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu