Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52471
az

Əsrə bərabər illər - İlham Əliyevin yenidən Prezident seçilməsindən 3 il ötür

20:0411 Aprel, 2021
2182
ÖZƏL BÖLÜM
  • A

"İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan sürətli inkişaf yolunu keçir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, İlham Əliyev 2018-ci ildə yenidən Azərbaycan Prezidenti seçildikdən sonra fəaliyyətində bir çox məsələlərə xüsusi önəm verir. Bu dövrün ən vacib və əlamətdar hadisələrindən biri 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasıdır".

Bu sözləri  açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanıb və adını dünya tarixinə yazıb: "Hesab edirəm ki, bu qələbə bilavasitə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində əldə olunub".


Deputat bildirib ki, bu dövrdə Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf edib: "Bildiyiniz kimi, pandemiya dövründə dünya ölkələrinin bir çoxunun iqtisadiyyatı təhlükələrlə üzləşib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı hər hansı ciddi bir təhlükə ilə üzləşmədi. Onu da qeyd edim ki, ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə çox böyük işlər həyata keçirilir. Ölkə başçısı bununla da bağlı lazımi addımları atır".


C.Məmmədov qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri günü-gündən yüksələn xətlə inkişaf edir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq səviyyədə də çox böyük işlər həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz artıq dünyada öz sözünü deyən ölkələrdən biridir. Hesab edirəm ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə "Report"a deyib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 2018-ci ilə qədərki dövründə kifayət qədər ciddi işlər görülüb, qlobal layihələr reallaşdırılmaqla ölkənin iqtisadi müstəqilliyinə, resursların düzgün şaxələndirilməsi nəticəsində maliyyə sabitliyinə, ordu quruculuğu və müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklərə nail olunub, ciddi hərbi siyasi tərəfdaşlıqlar yaradılıb, habelə, əsas ümummilli problemimiz olan Qarabağ münaqişəsi üzrə ədalətli hüquqi bazanın formalaşdırılması istiqamətində həlledici regional və beynəlxalq hüquqi aktlar qəbul edilib: "Hazırkı 3 illik perioddan danışanda isə təbii ki, ilk ağla gələn Vətən müharibəsindəki şanlı qələbəmiz olur. Heç şübhəsiz ki, bu qələbənin özülündə dayanan ən vacib amil İlham Əliyev şəxsiyyətidir. Məhz cənab İlham Əliyevin sayəsində ölkədə xalq-dövlət-ordu birliyi daha güclü oldu və bu milli birlik də qələbəmizin rəhnini təşkil etdi. Bu qələbə ilə cənab İlham Əliyev Cənubi Qafqazda sülh və sabitliyin, ümumilikdə bölgədə isə yeni əməkdaşlıq platformalarının, türk dünyasını, o cümlədən Şərqlə Qərbi birləşdirən kommunikasiya xətlərinin memarına çevrildi".

Deputat həmçinin qeyd edib ki, son 3 il həmçinin, struktur islahatları və korrupsiya ilə mübarizədə həlledici bir dönəmin başlanğıcı olub: "Ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyəti orqanlarını korrupsiya yuvasına çevirmiş şəxslərə qarşı radikal tədbirlər görüldü və onlar məsuliyyətə cəlb edildi. Həmçinin dövlət təşkilatlarının faydalı iş əmsalını artırmaq üçün struktur və menecment islahatlarına start verildi və proses bu gün də davam edir.


Bundan başqa, son 3 il ərzində vətəndaş cəmiyyətinin qurulması, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları ilə işin və əməkdaşlığın səmərəli təşkili istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu. Şübhəsiz, Vətən müharibəsində siyasi partiyaların vahid mövqedən çıxış etməsinin kökündə dayanan amillərdən ən vacibi məhz Prezident İlham Əliyevin bu siyasi konfiqurasiyası oldu".


"Son 3 il üzrə təhlil aparırıqsa, COVID-19-la mübarizə məsələsi də diqqətdən kənar qalmamalıdır. Əminliklə demək olar ki, cənab İlham Əliyevin pandemiya şəraitində fəaliyyəti də ən az Vətən Müharibəsindəki qətiyyəti qədər tarixə qızıl hərflərlə yazılacaq. Dövlət başçısı COVID-19-la mübarizədə beynəlxalq səyləri məhz Azərbaycanın liderliyi ilə Türk Şurasında, daha sonra Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində birləşdirə bildi. Pandemiyanın ilk dalğası ərzində Azərbaycan beynəlxalq sosial öhdəlik nümunəsi yaradaraq 30-dan çox dövlət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı üçün donora çevrildi. Cənab İlham Əliyev bu istiqamətdə ədalətli liderlik missiyasını davam etdirərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsinin qəbuluna nail olmaqla sözün əsl mənasında tarix yazdı.


Əlbəttə, 3 il qısa müddətdir, lakin görülən işlərin həcmi göstərir ki, bu müddət nəinki Azərbaycan, ümumilikdə bölgənin taleyində böyük dəyişikliklər üçün İlham Əliyevə kifayət edib. Əminliklə demək olar ki, bütün bu uğurlarda əsas yol xəritəsi isə dövlət başçısının xalqla kommunikasiyanın düzgün qurulması və yalnız xalqa arxalanması hesab olunmalıdır", - deputat əlavə edib. (Report)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Vətəndaşlardan avtomat, tüfəng və      tapança     götürüldü