Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
17160
01.12.2020, 13:06
Yanınıza qumbara atılsa və sadəcə bir neçə saniyə vaxtınız olsa, yaşamağı, yoxsa yaşatmağı seçərdiniz? O, öz canı bahasına da olsa, yaşatmağı seçdi və özünü qumbaranın üstünə atdı. Atdı ki, yanında olan 10-a yaxın döyüş yoldaşı şəhid olmasın. O, şir ürəkli, böyük iradəli vətən oğlu Tərlan Həsənovdur.
O, döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atıb.
Elə bu hərəkətinə görə döyüş yoldaşları Şəkinin Baş Zəyzid kəndində anadan olan 23 yaşlı Tərlan Həsənovu "Qumbara Tərlan" adlandırırlar. Çünki o, 10-a yaxın əsgər yoldaşı şəhid olmasın deyə düşmənin səngərə atdığı qumbaranın üstünə uzanaraq onların həyatını xilas edib. Qərar vermək üçün sadəcə bir neçə saniyəsinin olduğunu deyən Tərlan ya özü ilə birgə hər kəsi təhlükəyə atmalı, ya da ki özünü fəda edərək döyüş yoldaşlarını xilas etməli idi. Və o, ikinci yolu seçib.
Həmin an yanında olan döyüş yoldaşları Tərlanın daha çox xəsarət almaması üçün dərhal onun ayaqlarının üstünə oturaraq başını yuxarıya doğru qaldırıblar ki qəlpə onun üzünə girməsin.
Partlayışdan sonra Tərlan saatlarla huşsuz vəziyyətdə qalıb. Hamı onun şəhid olduğunu düşünüb. Xoşbəxtlikdən bronjilet və sinəsində olan rabitə aparatı onu ölümdən xilas edib.
Tərlan bu qəhrəmanlığına görə "Fəxri fərman"la təltif olunub.
Atası Rafiq Həsənov əlil olduğu üçün ailəni çətinliklə dolandırsa da, oğlunun ali təhsil alması üçün şərait yaratdığını və övladlarına həmişə vətənpərvərliyi aşıladığını deyir.
Tərlanın anası deyir ki, oğlunun çəkisi və gözlərində problem olduğu üçün hərbi komissiya onu xidmətdən azad etmək istəyib, lakin o, könüllü olaraq hərbi xidmətə gedib və döyüşlərə qatılıb.
"Bir şəhid olanda min dirilirik" deyir Tərlan. Sənə və sənin kimi qorxmaz oğullara minnətdarıq. Var ol, Vətənimizin igid oğlu. //Xəzər TV
13:27 / 15 Noyabr 2026
13
12:55 / 15 Noyabr 2026
577
12:36 / 15 Noyabr 2026
212
12:28 / 15 Noyabr 2026
95
12:11 / 15 Noyabr 2026
99
11:52 / 15 Noyabr 2026
147
11:43 / 15 Noyabr 2026
92
11:29 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
101
11:20 / 15 Noyabr 2026
107
11:10 / 15 Noyabr 2026
103
11:07 / 15 Noyabr 2026
609
10:50 / 15 Noyabr 2026
110
10:25 / 15 Noyabr 2026
263
10:21 / 15 Noyabr 2026
109
10:18 / 15 Noyabr 2026
103
10:12 / 15 Noyabr 2026
135
09:35 / 15 Noyabr 2026
512
07:35 / 15 Noyabr 2026
218
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.