Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2428
21.07.2020, 20:11
Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər ölkələrdə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib.
Oxu24.com xəbər verir ki, düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.
"Söhbət Azərbaycan, Gürcüstan və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər ölkələrdə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Burada söhbət Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi düzəlişdən gedir. Proses hələ davam edir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur", - deyə XİN rəsmisi vurğulayıb.
Düzəlişlə BURADAN tanış ola bilərsiniz.

20:13 / 16 May 2026
16
20:01 / 16 May 2026
29
19:53 / 16 May 2026
51
19:27 / 16 May 2026
60
19:00 / 16 May 2026
72
18:49 / 16 May 2026
69
18:35 / 16 May 2026
78
18:22 / 16 May 2026
197
18:07 / 16 May 2026
72
17:56 / 16 May 2026
195
15:34 / 16 May 2026
81
15:15 / 16 May 2026
358
15:13 / 16 May 2026
99
14:31 / 16 May 2026
82
14:25 / 16 May 2026
85
14:15 / 16 May 2026
89
13:55 / 16 May 2026
104
13:33 / 16 May 2026
94
13:29 / 16 May 2026
348
13:25 / 16 May 2026
91
13:15 / 16 May 2026
91
12:55 / 16 May 2026
100
12:54 / 16 May 2026
444
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.