Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
805
21.07.2020, 11:27
Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın əsas səbəbi Ermənistanda mövcud olan siyasi və iqtisadi böhrandır.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, xaricdən maliyyələşən, müxtəlif xarici fondlardan əmək haqqı və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən ermənistanın indiki baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla ələ keçirəndən əvvəl də və sonra da Ermənistan cəmiyyətinə çoxlu vədlər verib:
"Vədlər bütün sahələri əhatə edirdi - sosial-iqtisadi yüksəlişdən tutmuş demokratik prinsiplərin bərqərar olmasına qədər. Ancaq bu qüvvələr hakimiyyətə gələndən sonra əksinə, ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşdi. COVID-19 pandemiyasının təsiri altında sosial-iqtisadi, maliyyə və siyasi böhran daha da dərinləşib.
Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu məqsədə çatmaq üçün şüurlu şəkildə bu təxribata əl atıldı.
Əldə olunan məlumatlara görə, Ermənistanın sərhəd boyu ərazilərində yaşayan əhali panikaya düşüb, bəzi kəndlər və şəhərlər boşalır. Azərbaycan tərəfində isə tam əksinə, öz qəhrəman ordusuna güvənən vətəndaşlarımız öz torpaqlarında həyat və fəaliyyətlərini əminliklə davam etdirirlər. Bilirlər ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu onları qoruyur və qoruyacaqdır".
18:22 / 16 May 2026
100
18:07 / 16 May 2026
28
17:56 / 16 May 2026
129
15:34 / 16 May 2026
72
15:15 / 16 May 2026
293
15:13 / 16 May 2026
86
14:31 / 16 May 2026
73
14:25 / 16 May 2026
76
14:15 / 16 May 2026
79
13:55 / 16 May 2026
94
13:33 / 16 May 2026
84
13:29 / 16 May 2026
298
13:25 / 16 May 2026
80
13:15 / 16 May 2026
80
12:55 / 16 May 2026
92
12:54 / 16 May 2026
372
12:39 / 16 May 2026
2322
12:36 / 16 May 2026
95
12:29 / 16 May 2026
92
12:27 / 16 May 2026
91
12:15 / 16 May 2026
94
12:11 / 16 May 2026
263
12:00 / 16 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.