Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4341
19.07.2020, 15:54
ABŞ-ın Missisipi ştatının universiteti Pentaqonun tapşırığı ilə Rusiya ərazisində istifadə olunan mobil telefonları, o cümlədən Severodvinsk ətrafındakı Nenoks qəsəbəsində yerləşən məxfi poliqonda istifadə olunan telefonları izləyib.
Oxu24.com xəbər verir ki, izləmə nəticəsində həmin poliqonda istifadə olunan 48 mobil telefondan birinin sonradan Azərbaycanda qeydə alındığı üzə çıxıb.
Bu haqda “The Wall Street Journal” qəzeti yazır.
Mütəxəssislər analiz üçün açıq mənbələrdən məlumatları istifadə ediblər, onlar mobil əlavələrin topladığı və daha sonra reklam məqsədləri ilə yaydıqları informasiyaları təhlil ediblər.
Mütəxəssislər Arxangelsk vilayətinin Nenonks qəsəbəsi ətrafındakı məxfi hərbi poliqonda 2019-cu il avqustun 9-da istifadə olunan telefonları da izləyiblər.
Belə ki, bundan bir gün əvvəl poliqonda nüvə mühərrikinin sınaqları zamanı qəza baş vermişdi və bir neçə mütəxəssis həlak olmuşdu. Qərb mənbələri bildirirdi ki, poliqonda nüvə mühərrikli “Burevestnik” raketi üçün mühərrikin sınaqları keçirilirdi. Həmin sınaq isə uğursuz olub.

Poliqonda istifadə olunan 48 mobl telefondan biri sonradan Kubada, daha bir Azərbaycanda qeydə alınıb. Digər telefonların sahibləri isə Moskvaya, Sankt-Peterburqa, Severodvinskdəki və Arxangelskdəki qapalı hərbi obyektlərə gediblər.
Pentaqonda bu layihəni maliyyələşdirdiklərini təsdiq ediblər və bildirib ki, hərbçilər arasında informasiya mübadiləsinin yaxşı potensialı qeydə alınıb.
Qəzet yazır ki, eksperimentin məqsədi mobil rabitədən istifadə barədə açıq mənbələrdən toplanan informasiyaların hərbi və kəşfiyyat məqsədləri üçün istifadə imkanlarını göstərmək idi.
Virtualaz.org
13:29 / 16 May 2026
1
13:25 / 16 May 2026
9
13:15 / 16 May 2026
10
12:55 / 16 May 2026
52
12:54 / 16 May 2026
129
12:39 / 16 May 2026
167
12:36 / 16 May 2026
53
12:29 / 16 May 2026
53
12:27 / 16 May 2026
54
12:15 / 16 May 2026
53
12:11 / 16 May 2026
159
12:00 / 16 May 2026
64
11:57 / 16 May 2026
60
11:42 / 16 May 2026
66
11:40 / 16 May 2026
60
11:38 / 16 May 2026
372
00:49 / 16 May 2026
311
00:37 / 16 May 2026
304
00:00 / 16 May 2026
334
23:36 / 15 May 2026
326
23:31 / 15 May 2026
136
23:27 / 15 May 2026
123
23:25 / 15 May 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.