Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1237
13.07.2020, 17:33
Tovuz istiqamətində gecə boyunca davam edən döyüşlərdə Ermənistan tərəfi çətin vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.
Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepyanın döyüşlərdə cəmi iki erməni polisinin yaralanması haqda açıqlaması bəzi məqamların ortaya çıxmasına səbəb olub.
Stepyan bildirib ki, “sərhəddə növbə çəkən iki polis yüngül yaralanıb”.
Onun bu sözləri ermənilər tərəfindən tənqid olunub. Çünki əsgərlərin əvəzinə polisin posta olması şübhələrə yol açır.
Ermənistan mediasında bununla bağlı müxtəlif məlumatlar yayılır.
“Faktinfo” saytı yazır ki, yaralanan polislər əsgərlərə kömək üçün gələnlərdir.
Belə ki, gecə döyüşlərində ağır itkilər verən erməni ordusu sərhədə əlavə qüvvələr gətirib və Tavuş, eləcə də ətraf rayonlardakı polis qüvvələri də döyüşlərə cəlb olunub. Bununla yanaşı, Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrindən də bəzi bölüklər Tavuş rayonuna gətirilib.
Sosial şəbəkələrdə erməni istifadəçilər itkilərlə bağlı müxtəlif məlumatlar paylaşır. Bəzi məlumatlara görə, 70-dən çox itki, yüzlərlə yaralı var, başqa bir məlumatlarda hospitalların dolduğu, yüzlərlə ölünün olduğu deyilir.
Ermənistan tərəfinin məlumatları gizlətməsi də düşmən ordusunun ağır itkilər verdiyindən xəbər verir.
“Analitik.am” saytı isə yazır ki, əsgərlərin valideynləri nələrin baş verdiyini öyrənmək istəyir, hakimiyyət isə heç bir məlumat vermir.
Sayt Ermənistanın milli təhlükəsizlik xidmətini də tənqid edib: “Azərbaycan səngərdə və internet resurslarında zərbə dalınca zərbə endirir, bizim kəşfiyyatçılarımız daxildə şeytan axtarışına çıxıb”.
Hətta Tavuşd olan ermənilərin evlərini tərk etdiyi haqda məlumatlar da var.
Tavuş rayonunun Movses kənd keşişi Abel Kartaşyanın sosial şəbəkələrdə “bizim üçün dua edin” paylaşımı ermənilərin narahatlığını daha da artırıb.
17:12 / 15 May 2026
1
17:00 / 15 May 2026
29
17:00 / 15 May 2026
26
16:56 / 15 May 2026
33
16:38 / 15 May 2026
38
16:35 / 15 May 2026
41
16:20 / 15 May 2026
45
16:13 / 15 May 2026
117
16:09 / 15 May 2026
43
15:55 / 15 May 2026
47
15:50 / 15 May 2026
403
15:50 / 15 May 2026
54
15:47 / 15 May 2026
47
15:41 / 15 May 2026
54
15:10 / 15 May 2026
62
15:04 / 15 May 2026
360
14:58 / 15 May 2026
63
14:54 / 15 May 2026
67
14:48 / 15 May 2026
767
14:47 / 15 May 2026
55
14:34 / 15 May 2026
76
14:25 / 15 May 2026
66
14:19 / 15 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.