Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27016
az

İtalyanlar niyə koronovirusdan kütləvi şəkildə ölür? - Şok detal AÇIQLANDI

13:0323 Mart, 2020
1106
ÖZƏL BÖLÜM
  • A

İtaliyada koronavirusa yoluxan xəstələrin ölüm səviyyəsinin yüksək olması əhalinin əksər hissəsinin yaşlı nəslin nümayəndələri olması və testin yalnız aşkar simptomları olan şəxslərdə aparılması ilə əlaqədardır.

Oxu24.com -un  TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti qeyd edib.

 İtaliyada ölüm sayı Çindən, həmçinin İran və Cənubi Koreyanın birlikdə göstəricisindən yüksəkdir.

Gündəlik dərc edilən məlumatlara əsasən, İtaliyada ölüm nisbəti 9% (şimaldakı Lombardiya vilayətində 12%), Çində isə 3,8% (5,8% Uhanda, 0,7% isə ölkənin digər ərazilərində) təşkil edir.

“Corriere della Sera” qəzetinin qənaətincə, bu rəqəmlər həqiqi yoluxma dərəcəsinin miqyasını əks etdirmir, çünki epidemiyanın artması ilə İtaliya test aparılması strategiyasını dəyişdirdi. Fevralın 21-dən sonra Lombardiya vilayətinin balaca şəhəri Kodonioda ilk yoluxma hallarının  aşkar edilməsinin ardınca  yoluxmuş şəxslərlə təmasda olan hər kəs testdən keçirilirdi.

Lakin yoluxma sayının artması, eyni zamanda ləvazimat və heyətin çatışmamasına görə, yalnız daha aşkar və kifayət qədər ağır simptomlar müşahidə olunan insanlarda test aparılması barədə qərar qəbul edildi.

Nəhayət, nəşr qeyd edib ki, daha çox tənəffüs yollarına təsir edən bu xəstəlikdən ölüm sayının çox olması əhalinin ağ ciyərləri ilə bağlı ümumi vəziyyəti əks etdirir. Bununla əlaqədar, atmosferə atılan zərərli hissəciklərin miqdarının əhəmiyyətli dərəcədə yüksək olduğu İtaliyanın şimalında yerləşən böyük şəhərlərdə son illərdəki əlverişsiz ekoloji vəziyyət göstərilə bilər.

Bundan başqa, ekspertlər müəyyən ediblər ki, daha ağır vəziyyətlərdəki xəstələr tez-tez siqaret çəkənlərdir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda məktəbdə gərginlik: Əraziyə polis əməkdaşları cəlb edildi +VİDEO
Moskvada ölən vətən xaini: Hüseynov Bakıda nələr etmişdi?
Şəmkirli məşhur iş adamı ilə bağlı şok iddia: 60 min manat alıb? 

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda ticarət mərkəzindən oğurluq