Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105435
az

\"Kontakt\"ın \"Facebook\" səhifəsi Ermənistandan idarə olunur? - RƏSMİ AÇIQLAMA - FOTO

14:2404 Aprel, 2024
337
  • A

Sosial şəbəkələrdə "Kontakt Home"un "Facebook" hesabının idarəçiləri ilə bağlı sensasion məlumatlar yayılıb.

 

Oxu24.com   xəbər verir ki, yayılan məlumatlarda mağazalar şəbəkəsinin rəsmi səhifəsinin iki admininin Ermənistandan olduğu iddia edilir.

 

İddialara görə, səhifənin adminlərindən 31-i Azərbaycanda, 1-i Rusiyada, 2-si isə Ermənistandadır. Bu informasiya sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İstifadəçilər sözügedən məsələ ilə bağlı "Kontakt Home"un mövqeyini öyrənmək istəyiblər.

 

İqtisadiyyat.az bununla əlaqədar olaraq şirkətə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq bildirilib ki, "Kontakt" mağazalar şəbəkəsinin nəinki sosial media səhifələrində, ümumilikdə hər hansı strukturunda Ermənistan dövləti ilə bağlılığı olan heç bir şəxs çalışmır:

 

"Bu, ilk növbədə şirkətimizin prinsiplərinə ziddir. Lakin bütün digər yerli və qlobal bizneslər kimi biz də Meta platformalarında səhifələrimizin inkişaf etdirilməsi məqsədilə müxtəlif beynəlxalq partnyorlarla çalışırıq. Təəssüf ki, həmin şirkət nümayəndələrinin səhifələrimizə daxil olduqları cihazları izləmək, faktiki səyahət yerlərini görmək imkanımız yoxdur. Hər bir halda, bununla bağlı artıq Meta partnyorlarımıza xəbərdarlıq etmişik".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür