Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103075
az

Vəkil: Əhməd öldürdüyü şəxslərin əmlakından miras alacaq

18:4619 Fevral, 2024
2316
ÖZƏL BÖLÜM
  • A
 
5 nəfər  ailə  üzvünü  qətlə  yetirməkdə  şübhəli  bilinən  Əhməd  Əhmədov  ətrafında  müzakirələr  davam  edir. 
 

 

Cəmiyyətdə  böyük  rezonans doğuran  hadisə  bir  sıra  məsələləri  aktual  edib.Bunlardan  biri  də   miras  məsələsi  ilə  bağlıdır.
 
Oxu24.com  mövzu  ilə  bağlı  vəkil  Sadiq  Əfəndiyevlə  əlaqə  saxlayıb.
 
Doğma ailə üzvlərini öldürərərək həyatdan məhrum edən Əhmədə onların əmlakından miras pay verilə bilərmi? Bu halda qanunvericlik vərəsəlik məsələlərini necə tənzilmləyir?
 
- Ümumiyyətlə mülki qanunvericlik mirasın qəbul edilməsinin qanun üzrə və vəsiyyətnamə üzrə olmaqla iki qaydasını təsbit edib.
 
Vəsiyyətnamə yoxdursa, miras qanun üzrə vərəsəlik qaydasında qəbul edilir. Mərhumların mirasından Əhmədin qanunla pay almaq hüququnun olub olmamasını müəyyən etmək üçün ilk növbədə Əhmədin törətdiyi cinayət əməlinin subyektiv cəhətinə, yəni Əhmədin öz əməlinə psixi münasibətinə aydınlıq gətirilməldir. Bu məsələyə məhkəmə-psixatriya ekspertizasının verdiyi rəy nəzərə alınmaqla aydınlıq gətiriləcəkdir. Məhz aparılan araşdırmanın nəticəsi Əhmədin vərəsəlik hüququna bilavasitə təsir edəcəkdir.  
 
Əgər məhkəmənin yekun qərarı ilə onun tərəfindən cinayətin anlaqlı vəziyyətdə, yəni qəsdən törədilməsi müəyyən edilərsə, bu halda Əhməd  Əhmədov  Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ləyəqətsiz vərəsə hesab edilə bilər.
 
 
 
Sadiq  Əfəndiyev - VƏKİL
 
Belə ki, maraqlı şəxslərin – məsələn, ölən ata və anaya münasibətdə 1-ci növbəli vərəsə sayılan Əhmədin hər iki tərəfdən nənə və babasının iddiası ilə Əhməd məhkəmə qaydasında ləyaqət vərəsə sayıla və mirasdan pay almaq hüququndan məhrum edilə bilər.
 
Yox əgər məhkəmənin yekun qərarı ilə Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edilərsə, bu zaman Əhmədin digər 1-ci növbəli vərəsələrlə (baba və nənə ilə) birlikdə bərabər şəkildə mirasdan pay almaq hüququ yaranacaqdır.
 
Çünki mülki qanunvericiliyə görə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün  hüquqi əsas vərəsə tərəfindən miras qoyana, yəni ölmüş şəxsə qarşı etdiyi cinayətin qəsdlə törədilməsidir.
 
Əgər cinayət qəsdlə törədilməmişdirsə, ləyaqətsiz vərəsədən söhbət gedə bilməz. O zaman cinayət qəsdlə törədilmiş hesab olunur ki, şəxs cinayəti törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Yəni o, gördüyü və dərk etdiyi nəticənin baş verməsinə şüurlu surətdə yol vermişdir. Anlaqsız bir şəxsin isə öz əməlinə bu cür daxili münasibət bəsləməsi mümkün deyildir.  Bu baxımdan Əhmədin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilərsə, ləyaqətsiz vərəsəliklə bağlı mülki qanunvericlikdə nəzərdə tutulmuş normaların onun barəsində tətbiq edilməsi mümkün olmayacaqdır və onun digər birinci növbəli vərəsələrlə, yəni hazırda sağ olan baba və nənəsi ilə birlikdə mərhumların mirasından pay almaq hüququ yaranacaqdır. 
Bu zaman nəzərə alınmalıdır ki, Əhməd yalnız öz ata və anasına münasibətdə birinci növbəli vərəsədir, o, bacısına münasibətdə ikinci növbəli vərəsə hesab edilir. Birinci növbəli vərəsə olduğu halda, növbəti növbənin vərəsələri vərəsəliyə çağırılmır və vərəsəlikdə iştirak etmir. Ona görə də Əhmədin bacısının birinci növbəli vərəsə sayılan rəsmi nikahda olduğu həyat yoldaşı vardırsa, Əhmədin bacısından qalmış mirsadan pay almaq hüququ olmaycaqdır.
 
Müəllif: Miri  Məcidli
 
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü