Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1712
15.02.2024, 14:21
Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətl edən 25 yaşlı gənc Əhməd Əhmədovla bağlı bəzi məqamlar açılıb.
Oxu24.com xəbər verir ki, Musavat.com-un hüquq mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov gerçəkdən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:
Hüquq mühafizə orqanlarındakı qaynağımız deyir ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, baha qiymətinə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içmirmiş.
Musavat.com-un müxbiri o məlumatı da əldə edib ki, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanıbmış: ‘’Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və orada polislərə yalvarıb ki, oğlunu sutkalığa salmasınlar. Deyib ki, Əhmədin epilepsiyası var, polisdə qalsa epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad olunmasına nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini qətl edəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.
Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olmuşdu. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə etmiş və Əhmədi cəzadan qorumuşdu.
Mötəbər qaynağımız iddia edir ki, valideynləri Əhməd Əhmədovdan qorxurmuş. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündə olmayıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, onu təmir etdirib, oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.
Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndir.
O da məlum olub ki, Əhməd Əhmədov ona ‘’dəli’’ deyilməsindən çox qəzəblənirmiş.
Daha bir məlumat – Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə 102 xidmətinə məlumat veribmiş.
Hüquq mühafizə orqanlarından Musavat.com-a bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 15 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.
Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir.
Araşdırmalarımız davam edir.
10:21 / 22 Sentyabr 2026
1
10:15 / 22 Sentyabr 2026
17
10:10 / 22 Sentyabr 2026
22
10:00 / 22 Sentyabr 2026
38
09:59 / 22 Sentyabr 2026
46
09:42 / 22 Sentyabr 2026
50
09:38 / 22 Sentyabr 2026
53
09:36 / 22 Sentyabr 2026
47
09:34 / 22 Sentyabr 2026
49
23:29 / 21 Sentyabr 2026
103
23:14 / 21 Sentyabr 2026
98
22:27 / 21 Sentyabr 2026
104
22:22 / 21 Sentyabr 2026
96
22:20 / 21 Sentyabr 2026
96
22:12 / 21 Sentyabr 2026
108
22:04 / 21 Sentyabr 2026
101
22:03 / 21 Sentyabr 2026
93
21:55 / 21 Sentyabr 2026
91
21:47 / 21 Sentyabr 2026
98
21:41 / 21 Sentyabr 2026
98
21:35 / 21 Sentyabr 2026
96
21:32 / 21 Sentyabr 2026
101
21:30 / 21 Sentyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.